Ekspert: "İranın nüvə proqramı üzrə danışıqlardakı razılaşmalar yüksək risk zonasındadır" - RƏY

Ekspert: "İranın nüvə proqramı üzrə danışıqlardakı razılaşmalar yüksək risk zonasındadır" - RƏY "İstənilən an Tehran əyilməz olduğunu, Qərbin istənilən təzyiqinə qarşı durmağa hazır olduğunu nümayiş etdirə bilər"
Analitika
4 Aprel , 2015 12:15
Ekspert: İranın nüvə proqramı üzrə danışıqlardakı razılaşmalar yüksək risk zonasındadır - RƏY

Bakı. 4 aprel. REPORT. AZ/ İranın nüvə proqramı üzrə danışıqlar prosesi ABŞ və İsrail arasında gərginliyin artmasına səbəb olur. Bu barədə "Report"a siyasi analitik Pavel Klaçkov bildirib. 

"İranın nüvə proqramı üzrə danışıqlarda əldə olunan razılaşmalar yüksək risk zonasındadır. Hər zaman olduğu kimi, Obama Netanyahu ilə ümumi razılığa gələ bilməyib. Düşünürəm ki, heç tapmayacaq da, onun kabinetinin İsrail hökuməti ilə gələcək məsləhətləşmələri də buna kömək edə bilməyəcək. İsrailin baş nazirinin mövqeyi dəyişməz və sərtdir", - P.Klaçkov qeyd edib. O əlavə edib ki, israilli baş nazir gələcək danışıqları pozmaq və istənilən müsbət nəticələri yoxa endirmək üçün əlindən gələni edəcək.

Onun sözlərinə görə, ABŞ prezidenti razılaşmaların əldə olunması faktını özünü piar etmək və bunu şəxsi diplomatik uğuru kimi qələmə vermək üçün istifadə edir. "Aydındır ki, respublikaçılar ona inanmır və prezidenti dəstəkləməyəcək", - ekspert vurğulayıb. 

İran haqqında danışan Klaçkov qeyd edib ki, ölkə neft və maliyyə sahəsinə dair bütün sanksiyaların aradan qaldırılmasında israrlıdır. 

"İran nümayəndələrinin fikirləri olduqca ehtiyatlı və optimizmdən uzaqdır. İstənilən an Tehran əyilməz olduğunu, Qərbin istənilən təzyiqinə qarşı durmağa hazır olduğunu nümayiş etdirə bilər", - o bildirib.

Analitikin fikrincə, İran problemi ətrafında cərəyan edən intriqalar hələ bitməyib. 

"Vəziyyəti proqnozlaşdırmaq çətindir. ABŞ-ın Tehranı öz uzunmüddətli üstünlüyünün, strategiyasının qorunması, digər siyasi və iqtisadi konfiqurasiyanın yaradıması üçün  istifadə edə biləcəyi və yaxud bunun öhdəsindən gələ bilməyəcəyi isə bütün tərəflərin mövqeyindən asılı olacaq. Bu halda ABŞ-ın ssenarisi heç də alternativsiz olmayacaq", - analitik vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi