Ekspert: "Britaniyanın Aİ-dən çıxmasıyla bağlı referendum dünya bazarlarında mövqeləri müəyyən edir" - RƏY

Ekspert: "Britaniyanın Aİ-dən çıxmasıyla bağlı referendum dünya bazarlarında mövqeləri müəyyən edir" - RƏY "Dərin psixoloji səviyyədə Böyük Britaniya həmişə özünü Avropadan ayrı düşünür"
Analitika
21 İyun , 2016 11:20
Ekspert: Britaniyanın Aİ-dən çıxmasıyla bağlı referendum dünya bazarlarında mövqeləri müəyyən edir - RƏY

Bakı. 21 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarları və onların rəqibləri Britaniya parlamentinin deputatının ölümündən öz maraqları üçün istifadə edə bilər.

Bu barədə "Report"a açıqlamasında siyasi analitik Pavel Klaçkov Britaniyanın Aİ-dəki üzvlüyünün qorunmasının tərəfdarı, xanım leyborist-deputat Helen Coan Koksun qətlini və iyunun 23-də keçiriləcək referendum fonunda onun mümkün nəticələrini şərh edərkən bildirib.

"Siyasi qətl həmişə sirr olaraq qalır. Hər iki tərəf bu qətli öz maraqları üçün istifadə edə bilər", - deyə P.Klaçkov bildirib.

Analitik Britaniyada bu cür siyasi qətlin uzun müddətdir yaşanmadığını, baş verənlərə hətta kraliçanın şəxsi məktubla reaksiya verdiyini diqqətə çatdırıb.

Ekspert qətlin böyük ölçüdə qlobal siyasət nisbətini dəyişmədiyini vurğulayıb: "Avropa İttifaqı hələ də çoxlu səhv buraxır. Xüsusilə də miqrasiya siyasətində, Türkiyə ilə münasibətlərdə. Bu isə britaniyalıları qıcıqlandırır".

"Ümumiyyətlə, Britaniyadakı bu referendum qlobal ictimaiyyət arasında ən mühüm rol oynayır, dünyanın bir çox bazarlarında mövqeləri, qlobal maliyyə vəziyyətini müəyyən edir. Bu referendum ətrafında gərginlik artır", - deyə o əlavə edib.

Tərəflərdən birinin qələbəsi barədə danışan analitik həm Böyük Britaniyanın Aİ-dən çıxmasını istəyənlərin əsaslarını anladığını, həm də ölkənin Avropa məkanında qalmasının tərəfdarlarının mövqeyini başa düşdüyünü qeyd edib.

"Böyük Britaniyada olarkən gördüklərimə əsasən deyə bilərəm ki, mən daha çox adi səviyyədə Aİ-dən çıxışı istəyənləri başa düşürəm. Dərin psixoloji səviyyədə Böyük Britaniya həmişə özünü Avropadan ayrı düşünür, amma digər tərəfdən zaman da dəyişir. Britaniyanın belə özünütəcridə meyilli olması ötən əsrlərdən, "qüdrətli imperiya"dan qalma xüsusiyyətdir. Bu, mentalitet, psixologiya mübarizəsidir, qlobal iqtisadiyyata ciddi təsir edən məsələdir", - deyə ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi