Keyfiyyətsiz dublyaj: zəif tərcümə, aktyor "mafiya"sı, qonorar azlığı...

Keyfiyyətsiz dublyaj: zəif tərcümə, aktyor "mafiya"sı, qonorar azlığı... "Tərcüməni də, dublyajı da peşəkarlar etməlidir"
Analitika
13 Dekabr , 2014 13:27
Keyfiyyətsiz dublyaj: zəif tərcümə, aktyor mafiyası, qonorar azlığı...

Bakı. 13 dekabr. REPORT.AZ/ Bütün inkişaf etmiş ölkələrdə telekanallarda, kinoteatrlarda yayımlanan filmlər yerli dildə nümayiş olunur. Azərbaycan da bu prosesdən kənarda qalmır. Yerli kanallarımızda əcnəbi dilində verilişlərə, filmlərə, cizgi filmlərinə yer verilməməkdədir. Demək olar ki, bütün filmlər doğma dilimizdə səsləndirilir. Ancaq çox təəssüf ki, səsləndirmələr hələ də süni, bayağı səslənir. Bəzən filmlərdə elə cümlələr işlənir ki, Azərbaycan dilində səslənməsinə baxmayaraq, heç nə başa düşülmür. Cümlələr çox qarışıq və anlaşılmaz duyulur. Cizgi filmlərində də vəziyyət eynidir. Yəni, yenicə dil açıb, ekran qarşısına əyləşən uşaq baxdığı filmdən heç nə başa düşməyərək filmdən kənarlaşır. Səslənmələr sanki, öz səmimiliyini itirir. Bu prosesin 4 ilə yaxın bir zaman çərçivəsində icra olunmasına baxmayaraq, hələ də geniş auditoriya toplaya bilməməsi danılmazdır. Bəs, bunun səbəbi nədir? Problem tərcümədədir, yoxsa aktyor səsləndirməsində?

Bu barədə yanaşmalar çox müxtəlifdir. Əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, aktyor Elman Rəfiyevin sözlərinə görə, dublyaj olunmuş filmlər daha çox rayon yerlərində auditoriya toplayıb. "Mən çox millətpərəstəm. Dilimizi, Azərbaycanımı çox sevirəm. Səsləndirilən filmləri, çəkilən serialları hələki istədiyimiz səviyyəyə çatmasa da yüksək qiymətləndirirəm. Dublyaj olunmuş filmləri mən özüm də izləyirəm. Fikrimcə, dublyajı bəyənməyən insanlar daha çox Sovetlər dövründə yaşayan insanlardır. O dövrdə onlar keyfiyyətli dublyaj izlədiklərinə görə indiki dublyajı bəyənmirlər. Bəzi məqamlarda 

onları qınayıram. Çünki keyfiyyətli dublyaj əldə etmək üçün bizim hələ müəyyən zamana ehtiyacımız var. Dublyaj edən "prodakşn"lar aktyoru yüksək 

qiymətləndirməlidir. Aktyoru yüksək qiymətləndirməyəndə o düşünür ki, nə qədər çox film yazsam, çox pul qazanaram".

Elman Rəfiyevin fikrincə, bu kimi səbəblərə görə filmlərdə keyfiyyət aşağı düşür.

-Sizcə, dublyaj tək aktyordan asılıdır?

-Xeyr, tərcümədən də çox şey asılıdır. Səsləndirən aktyordu. Elə sözlər var ki, düzgün tərcümə olunmur. Hər yerindən duran, hansısa dili bir az bilən tərcümə ilə məşğul olur. Kino dili var. Kino dilindən istifadə etmək lazımdır. Qeyri-peşəkar aktyorlar kino dilindən istifadə edə bilmirlər. Bir çox "prodakşn"larda da durum eynidir. Onlar da qeyri-peşəkar aktyorları cəlb edirlər ki, az pul ödəsinlər. Bir neçə dəfə qeyd etmişəm ki, rusların dublyajına həsəd aparıram. Onlar bu işdə çox peşəkardırlar. Türklərdə də aktyoru yüksək qiymətləndirdikləri üçün onlarda da dublyaj yüksək səviyyədədir.

- Elə kanallar var ki, bütün kinolarda eyni aktyorların səsini eşidirik. Bunun səbəbi aktyor qıtlığıdır?

- Hər dublyajda bir komanda, dırnaqarası bir mafiya yaranır. Kənardan gələn aktyorları ora qoymurlar. Mən çox kəskin danışsam da bu bir həqiqətdir.

-Bəs, kinoteatrlarda vəziyyət necədir?

-Xatırlayırsınızsa, Sovetlər dövründə kinoteatrlarda hind filmləri nümayiş olunurdu. Hamı ona sevə-sevə baxırdı. Və heç kim də şikayət etmirdi. Mən də o vaxt kinoteatrlara gedirdim. O vaxtkı dövrdə də dublyajın aktyorları yüksək qonorar alırdı. Onlar o filmə canlarını qoyurdular. Bir hind filminin səslənməsi o vaxt bir həftə vaxt aparırdı. Amma indi 3 saata bir filmi dublyaj edib təhvil veririk. Bu da keyfiyyətə çox böyük təsir edir. Əgər 90 dəqiqəlik film səsləndirilirsə, bu 90 dəqiqəyə 90 manat ayrılır. Bu filmə 4 aktyor cəlb edilirsə, bu pul 4 nəfər arasında bölünməli olur. Əgər normal pul ayrılsa, aktyor bura canını qoyar, düşünməz ki, bir gündə bir neçə dublyaja qaçsın ki, normal əmək haqqı ala bilsin.

-Yəni keyfiyyəti artırmaq üçün maddiyyat lazımdır.

-Bəli, birinci maddiyyat artırılmalıdır. Studiyalarda aktyorun səsini dəyişməyə məcbur edirlər. Amma Rusiyada belə deyil. Onlarda səsi pultla dəyişirlər. Aktyor danışır, amma pultla səs dəyişilir. Bu müasir texnikadır. Studiyalarımız hələ özləri də yüksək səviyyəli studiyalar deyillər. Bu da dublyaja çox təsir edir. Bədbəxtçilik ondadır ki, səslənilmiş filmlərin çoxu pirat filmlərdir. Bu yaxınlarda qızımla Azərbaycan dilində bir filmə baxırdıq. Film gedə-gedə aktyorlar danışanda ətraf səslər yığışılır, quşların səsi, maşınların səsi dayanır. Aktyor danışıb qurtardıqdan sonra isə səslər təzədən geri qayıdır. Çünki pirat filmlərdir. Bu biabırçılıqdı. Onlara maddiyyat ayrılmalıdır ki, xaricdən filmlər alsınlar. Bugünkü filmlərin bu səviyyədə olması yenə də deyirəm, ilk növbədə maddiyyatdan və yüksək səviyyəli texnikadan asılıdır. Mən özüm də bir çox televiziyalarda dublyajla məşğulam. Amma ödəmə çox aşağıdır. Ona görə də aktyorlar çalışırlar ki, bir gündə çox film yazsın ki, çox pul qazansınlar. Səbəb budur, məncə.

Rus, ingilis, türk dillərində olan bədii və sənədli filmlərin, eləcə də uşaqlar üçün cizgi filmlərini Azərbaycan dilinə tərcümə edən şair-tərcüməçi, Azad Yazarlar Ocağının üzvü Ferican Yarenin bu fikirlərə yanaşması belədir:

Əcnəbi ölkələrin istehsalı olan filmlərin Azərbaycan dilində səsləndirilməsi ölkəmiz üçün heç də yeni olmayan təcrübədir. Sovet illərində dövlət televiziyasında yayımlanan bir çox rus, gürcü, özbək filmlərinə öz dilimizdə baxmağa vərdiş etmişdik. Belə filmlərin dublyajı bizə heç də yad, bayağı və qəribə görünmürdü. Bəlkə ona görə ki, onlar bizim yerləşdiyimiz coğrafiyanın, eyni sovet məkanının istehsalı idi, filmdəki aktyorlar da "üzümüzün-gözümüzün öyrəşdiyi öz adamlarımız" idi. Amerika, Avropa filmləri də var idi. Ancaq az sayda idi. Belə filmləri bizə tanıdan "Retro" kinojurnalı bu "əcnəbi istehsalını" - Jan-Pol Belmondo, Lui de Fyunes, Jan Qaben, Jan Mare, Marçello Mastroyanni və digərlərini bizə rus dilində təqdim edirdi. Həvəslə baxırdıq. Rus dili sovet vətəndaşına qətiyyən yad deyildi.

Ölkəmiz müstəqillik dövrünə qədəm basdığı illərdən etibarən, Azərbaycanda video-prokat sənayesinin inkişafı baxdığımız əcnəbi filmlərin siyahısının genişlənməsinə səbəb oldu. Qərb filmlərində gördüyümüz əcnəbi simalı aktyorlar bizimlə rus dilində "danışırdılar". Bu da bizə qəribə, yad və təəccüblü görünmürdü. Ta ki, qaradərili aktyorlar, Arnold Şvarzenegger, Jan Klod Van Damm, Culiya Roberts, Tom Henks bizimlə ekranlardan Azərbaycan dilində ünsiyyət qurdular. Qəribəsi də elə bundan sonra başladı: Azərbaycan və ingilis adlarının, xüsusi isimlərinin, adət-ənənələrinin, frazeoloji birləşmələrinin, yaşam tərzlərinin fərqliliyi vizual olaraq kinoda daha bariz görünməyə başladı.
Bu filmlərin dublyaj işlərinə yeni başlayanda qulağımıza yad olan film səsləndirməsi indi buna bir qədər öyrəşdiyimiz üçün o qədər də "dəhşətli" təsir bağışlamır. Ancaq dublyajdan əvvəl filmlər ciddi tərcümə prosesinə məruz qalmalıdır. Dediyim kimi, sovet illərində filmlər elə tərcümə olunurdu ki, heç bir ifadə, yaxud cümlə bizə elə də qəribə təsir bağışlamırdı. Dublyajı peşəkar Azərbaycan aktyorları edirdi. O vaxt bu işin peşəkarları filmi tam istehlak vəziyyətinə necə gətirmək lazım olduğunu bilirdilər.
İndi isə yeni mütəxəssislər var, bilikli, yaxud biliksiz, tərcüməni bacaran, ya da bu peşəyə təsadüfən gələn insanlar çoxalıblar. Azərbaycan ədəbi dilinə tam yiyələnməyən şəxslər filmin skriptini bərbad tərcümə edəndə, dublyaj da səriştəsiz olunanda nəticə əlbəttə ki, ürəkaçan olmur. Bu işdə mütləq peşəkar tərcümə, peşəkar səsləndirmə vacibdir.

Azərbaycan telekanallarında dublyaj edilən əcnəbi filmləri indi daha çoxdur. Məlum qərardan sonra telekanallar dublyajı Azərbaycan dilində etsələr də, hər səsləndirilən filmi tələbkar tamaşaçı nöqteyi-nəzərindən bəyənmək olmur. Ya aktyorun səsi xoşagələn deyil, ya tərcümə olunan və səsləndirilən söz yerində işlənməyib, ya da sinxron pozuntusu var. Belə naqisliklərə çox rast gəlinir. Bəyəndiyim dublyaj fimləri isə az da olsa, var. Məsələn, Azərbaycan Dövlət Televiziyasında, Lider telekanalında, Region Tv-də yayımlanan dublyaj filmləri yaxşıdır.
Digər bir məsələ də əcnəbi cizgi filmlərinin tərcüməsi və dublyajı ilə əlaqədardır. Uşaqlıq illərimizdə Skruç Makdak, Çip və Deyl, Kay və Qar Kraliça, Karlson və Balaca, Sindbad və Ələddin bizimlə rus dilində "danışırdılar". Biz də belə öyrəşmişdik. İndi balalarımız əksərən, Azərbaycan dilində daha çox ünsiyyət qurduqlarından, Azərbaycan dilli ailələrin sayı çoxaldığından, uşaqlar rus dilindəki cizgi filmlərindən çox, Azərbaycan dilinə daha yaxın olan və sayca Azərbaycan kanallarından çox olan türk kanallarında yayımlanan cizgi filmlərinə baxmağı sevirlər. Keloğlan, Temel Reis, Kayu, Danışan maşınlar, Pepe, Uzunquyruq meymun Marsupilami balacalarla türkcə "ünsiyyətdədirlər". Vəziyyət ürəkaçandır. Balalar həvəslə izləyirlər.

Amma sadaladığım cizgi filmləri Azərbaycan dilində dublyaj ediləndə tərcümə, ya da səsləndirmə axsayır. Uşaqlar ancaq "Maşa və Ayı"nı Azərbaycan dilində bəyənirlər. Lakin Maşa "Kaşa! Ka şa!" əvəzinə "Sıyıq! Sıyıq!" qışqıranda da təəccüblənirlər. Yəqin ki, bu da dilimizə çoxsaylı rus sözlərinin keçməsi və özümüzünküləşməsi ilə bağlıdır. Sıyıq sözünü heç bəlkə böyüklərin də əksəriyyəti işlətmir, yaxud işlətmək istəmir.

Ümumiyyətlə, bizə beş-altı il bundan əvvəl yad olan, öyrəşə bilmədiyimiz bütün gözlənilməz yeniliklər zaman keçdikcə adiləşir, özümüzünküləşir. Yəqin Azərbaycan dilində 

səsləndirilən dublyaj filmləri də belə olacaq. Ancaq bir şərtlə, tərcüməni də, dublyajı da peşəkarlar etməlidir. Bu da nəticə etibarilə, həm maddi məsələlərlə, həm də texniki 


Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə Konstitusiyaya və "Azərbaycan Respublikasında Dövlət dili haqqında Qanuna uyğun olaraq, film nümay


işi sahəsində Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il iyul ayının 15-dən etibarən ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirilməsi haqda qərar verdi. Kinoteatrlar isə filmləri həm səsləndirə, həm də altyazılarla nümayiş etdirə bilərlər. Bu isə onların maddi durumundan asılı olaraq, öz seçimlərindən asılıdır.bazanın mövcudluğu ilə əlaqədardır.

Nizami kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova Kinoteatrlarda filmlərin hamısının doğma dildə səsləndirilməməsinin səbəbini belə açıqladı: "Dövlət kinoteatrı olaraq, əlbəttə çalışardıq ki, bizdə nümayiş olunan bütün filmlər Azərbaycan dilində səslənsin. Bu bizim yaralı yerimizdir. Çünki filmlər hamısı dublyaj olunmur. Bu isə bizdən asılı deyil. Çünki kinoteatrların özlərinin, şəxsən bizim özümüzün dublyaj studiyamız yoxdur. Filmləri də kino prokatçılarından alırıq. Düzdür, seçim edəndə çalışırıq ki, heç olmasa ən azından türk dilinə tərcümə edilənini alaq ki, tamaşaçıya yaxın dil olsun. Filmlərin hamısında olmasa da böyük əksəriyyətində altyazılar olur. Altyazılar da çox vaxt türk dilində olur. Biz Nizami kinoteatrı olaraq, çalışırıq ki, hər həftə repertuarda milli filmlər nümayiş olunsun.

Dublyajla bağlı fikirlər, yanaşmalar müxtəlif və rəngarəng olsa da hamısının əsas tərəfi maddiyyata dayanır. Yəni hər kəs yüksək məbləğ qarşılığında yüksək keyfiyyətli iş görmək fikrindədir. İndiki zamanda pul önəmli ünsür kimi ön planda gedir. Əgər həvalə olunan, etimad göstərilən hər işi maddiyyatdan asılı olmayaraq, var gücümüzlə, bütün bacarığımızla öhdəsindən gələrsək, qısa zaman da olmasa, müəyyən müddət keçdikdən sonra mütləq hamımız layiqli qiymətimizi alacağıq. Buna əminəm. Təki məsuliyyətimizi və bacarığımızı itirməyək.

P.S "Əl əməyi"nin qarşılığı bu qədər bahalaşıbsa görəsən, vicdan və düşüncənin qiymətində də bahalaşma varmı?! 

Son xəbərlər

Orphus sistemi