Yuxarı

"Daily Wire": "Ermənistan Fondu" zərərsiz humanitar təşkilat imicindən çox uzaqdır

​"Daily Wire": "Ermənistan Fondu" zərərsiz humanitar təşkilat imicində

"Ermənistan Fondu" işlərini məktəblər, yollar, xəstəxanalar və ictimai mərkəzlərin tikilməsi kimi infrastruktur layihələri ilə təqdim etsə də, zərərsiz humanitar təşkilat imicindən çox uzaqdır".

"Report" xəbər verir ki, bu fikir amerikalı ekspert, "Haym Salomon Center"in direktoru Pol Millerin "The Daily Wire" nəşrində dərc olunmuş məqaləsində yer alıb.

O qeyd edib ki, Fondun filialları arasında ABŞ Konqresində Ermənistan və Dağlıq Qarabağa maliyyənin artırılması üçün kampaniya aparan Amerika Ermənistan Assambleyası və Amerikanın Erməni Milli Komitəsi (ANCA) kimi iki siyasi lobbi də yer alır.

P.Millerin fikrincə, erməni lobbisinin fəaliyyəti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindən uzaqlaşdırmaqdır.

O, ABŞ prezidenti Donald Trampa iddia edilən xarici təsir agentləri ilə əlaqələrinə görə impiçment elan olunmasına çağırış edən bir sıra amerikalı konqresmenlərin, əslində, özlərinin xarici agentlərlə - Vaşinqtonda Yerevanın maraqları üçün lobbiçilik edən "Ermənistan Fondu" ilə sıx əlaqədə olduğunu vurğulayıb və əlavə edib ki, onların özləri Trampı ittiham etdikləri maddə üzrə mühakimə olunmalıdır.

Ekspert həmçinin fond ətrafındakı korrupsiya qalmaqalına və bəzi demokrat senatorların onu dəstəkləməsinə diqqət çəkib: "Demokratlar "Ermənistan Fondu" və ANCA-nı dəstəkləməklə erməni xalqına heç bir yardım (xidmət) göstərməyib. İndi (prezident Trampa qarşı - red.) impiçment elan edilməsi üzrə ittihamlar səsləndirəndə onları riyakar adlandırmaq ədalətli olardı. Axı uzun illər boyu korrupsiyaya qurşandığı sübuta yetirilən erməni diasporunun telemarafonlarını dəstəkləyənlər - Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman kimi demokratlar necə prezidentin iddia edilən korrupsiyasına qarşı çıxa bilərlər?!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi