Bu həftə qlobal iqtisadiyyatla bağlı bir çox önəmli xəbərlər gözlənilir - ANALİTİKA

Bu həftə qlobal iqtisadiyyatla bağlı bir çox önəmli xəbərlər gözlənilir - ANALİTİKA Bunlardan biri bu günlərdə açıqlanacaq ABŞ-dakı məşğulluq göstəriciləridir
Analitika
31 İyul , 2017 12:19
Bu həftə qlobal iqtisadiyyatla bağlı bir çox önəmli xəbərlər gözlənilir - ANALİTİKA

Bakı. 31 iyul. REPORT.AZ/ Bu həftə qlobal maliyyə bazarları ABŞ-dakı məşğulluq göstəricisini, İngiltərə Mərkəzi Bankının (BoE) uçot dərəcəsi ilə bağlı qərarını, avrozonada inflyasiyanın səviyyəsini və Avstraliya Mərkəzi Bankındakı iclasın nəticələrini izləyəcək. 

"Report" xəbər verir ki, avqustun 3-də ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla yeni vakant iş yerlərinin sayı açıqlanacaq. Konsensus-proqnoz iyul ayı üzrə artımın 183 min nəfər olacağını göstərir. İyunun yekununda bu göstərici 222 min nəfər təşkil edib. Nəticədə ABŞ-da işsizlik səviyyəsinin 4,4%-dən 4,3%-ə düşəcəyi gözlənilir. 

Həmçinin iyulun 3-də ABŞ-da orta saatlıq əmək haqlarının artım tempi açıqlanacaq ki, hazırda FED üçün ən önəmli göstərici məhz budur. Maaşların ay ərzində 0,3% artacağı gözlənilir. Qeyd edək ki, iyun ayında əmək haqqları 0,2% artım nümayiş etdirib.  Əgər əmək haqqları 0,3% və daha çox artsa FED-in monetar sərtləşdirmə ilə bağlı prosesi sürətlənə bilər və bu da dolların kəskin möhkəmlənməsinə səbəb olacaq. 

Həmçinin ABŞ-da fiziki şəxslərin gəlirləri, xərcləri və istehlak xərcləri indeksi açıqlanacaq. Bununla yanaşı istehsal və qeyri-istehsal sahələrində işgüzaq aktivlik (PMI) indeksi və bir sıra nəhəng şirkətlərin II rübün yekunu üzrə hesabatları gözlənilir.

BoE isə iyulun 3-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. İqtisadçılar faizləri artırmağa çağırışlara baxmayaraq, onun sabit saxlanılacağını proqnozlaşdırır. 

Bu gün həmçinin avrozonada iyul ayı üzrə inflyasiya göstəricisi açıqlanacaq. Konsensus-proqnoza görə inflyasiya iyunla müqayisədə dəyişməyərək 1,3% təşkil edəcək. Bu isə ECB-nin 2% hədəfindən xeyli aşağıdır. Baza inflyasiyanın da dəyişməyərək 1,1%-də səviyyəsində gözlənilir.

Sabah Avstraliya Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı iclasında isə 11-ci dəfə faizlərin sabit saxlanacağı və 1,5% səviyyəsində təsdiqlənəcəyi gözlənilir. Monetar siyasətdə isə dəyişiklik gözlənilmir. 

Son xəbərlər

Orphus sistemi