Yuxarı

​Britaniya funtunun möhkəmlənməsi gözlənilir

Funt dollarla müqayisədə 1,36-a çata bilər

Bakı. 13 iyul. REPORT.AZ/ Britaniyanın "Brexit" referendumundan sonra bu gün yeni baş nazirin işə başlaması ilə funt yüksəlişə keçib. "Report" xəbər verir ki, funt sterlinq ABŞ dolları ilə müqayisədə iyunun 23-də Britaniyada keçirilən referendumun nəticələrinə əsasən ölkənin Avropa İttifaqından (Aİ) ayrılmaq qərarı alması nəticəsində 1,5020 səviyyəsindən iyulun 6-a qədər 14,8 % geriləyərək 1,2796-a təşkil edib. Hazırda isə USD/GBP məzənnəsi 1,33 səviyyəsinə yüksəlib və minimal səviyyədən 4% artım göstərib.

Danimarkanın "Saxo Bank" valyuta analitiki Jon Hardinin (John Hardy) sözlərinə görə "Brexitin" hansı nəticələr verəcəyi hələ məlum deyil və bu proses çox uzun sürə bilər. Bundan başqa İngiltərənin yeni baş naziri sərt ayrılıqçı bir insan deyil, sakit bir insan olması Britaniyanın "Brexit"dən daha az mənfi təsirə məruz qala biləcəyini ehtimal etməyə əsas verir".

"Report" analitik qrupu hesab edir ki, yaxın günlərdə Britaniya funtunun dollarla müqayisədə məzənnəsinin 1,36 səviyyəsinə qədər artması mümkün görünür. Xatırladaq ki, sabah, iyulun 14-də "Bank of England" (BoE) nin uçot dərəcələrini 0,25% azaltması gözlənilir. Bu addım, bankın "Brexit"in mənfi nəticələrini kompensasiya etmək üçün zəruri addım kimi qiymətləndirilir. Funtun faizlərin azaldılmasından sonra yüksəlişə keçməsi proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi