"​Brent" markalı neft 40 dollara qədər ucuzlaşa bilər

"​Brent" markalı neft 40 dollara qədər ucuzlaşa bilər Yaxın vaxtlarda isə neftin qiyməti 53 dollar/barelə qədər yüksələcək
Analitika
26 Aprel , 2016 12:13
​Brent markalı neft 40 dollara qədər ucuzlaşa bilər

Bakı. 26 aprel. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti 40 dollar/barelə qədər enə bilər. "Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin texniki təhlilinə əsasən, yaxın günlərdə qiymət 40 dollar/barelə qədər endikdən sonra yenidən yüksəlişə keçə bilər. Lakin neft bazarında qiymətlərə gözlənilmədən mənfi təsir edəcək xəbərin açıqlanması durumunda "Brent" 40 dollar/bareldən aşağı enərsə o zaman, ilk hədəf 37 dollar/barel, sonrakı hədəf isə ilin minimal səviyyəsi - 27 dollar/barel ola bilər. 

Hazırda bu ehtimalın çox az, təxminən 5-10% olduğu bildirilir. "Brent" markalı neftin may ayında 50 dollar/barel hədəfini aşması, hətta qısamüddətli olaraq 53 dollara qədər yüksəlməsi əsas baza proqnozunu təşkil edir. Çox kiçik bir ehtimal da olsa, "Brent"in barelinin 65 dollara qədər artması da mümkündür. Bunun üçün isə həm ABŞ-da, həm də digər əsas hasilatçı ölkələrdən birində hasilatla bağlı ciddi problemlər yaranmalıdır. 

"Report"un analitik qrupu hesab edir ki, "Brent" markalı neft yay aylarında əsasən 43-53 dollar/barel arasında hərəkət edəcək. Ümumiyyətlə, neftin qiymətinin 50 dollar səviyyəsini dayanıqlı olaraq keçməsi və uzunmüddətli yüksək qalması ABŞ-ın şist neft hasilatçılarının fəallaşması səbəbindən mümkün görünmür. Əlavə olaraq bildirmək lazımdır ki, OPEC-ə bu il yenidən qoşulan İndoneziya rəsmilərinin bəyanatına görə, 45 dollar/barel səviyyəsi neft qiymətləri üçün hazırkı vəziyyətdə tam uyğundur və hasilatın dondurulması üzrə danışıqları zəruri hesab etmir.

Son xəbərlər

Orphus sistemi