Yuxarı

Brayza: "Türkiyənin İŞİD-ə qarşı mübarizədə fəal rol oynaması vacibdir"

İŞİD zəifləyib və ötən yay zəbt etdiyi ərazilərdən çıxarılacaqdır

Bakı. 12 yanvar. REPORT.AZ/ "Mən düşünürəm ki, İŞİD zəifləyib və ötən yay zəbt etdiyi ərazilərdən çıxarılacaqdır. Lakin onun tamamilə məhv edilməsinə hələ çox var".

Bu barədə "Report"a  ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Tallində Beynəlxalq Müdafiə və Mühafizə mərkəzinin eksperti Metyu Brayza beynəlxalq koalisiya, həmçinin Suriya və İraq hökuməti qüvvələri tərəfindən "İslam Dövləti" terror qrupılaşmasının mövqelərinə aviazərbələrin intensivləşdirilməsi ilə bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, İŞİD-ə qalib gəlmək üçün bir ildən çox vaxt tələb olunacaq, lakin ekspert bunun baş tutacağına inandığını qeyd edib. 

M.Brayza Türkiyənin radikallara qarşı mübarizədə rolunu qeyd edib. Onun fikrincə, "Türkiyənin İŞİD-ə qarşı mübarizədə fəal rol oynaması vacibdir, əks təqdirdə terrorçular həm Türkiyə, həm də regionun digər ölkələrində vəhşilik və nifrətin yayılmasında öz məqsədlərinə nail olacaqlar".

"Digər islam rejimləri kimi, İŞİD da dünyəvi qanunları şəriət qanunları ilə əvəz etməyə çalışır. İŞİD və digər bu kimi qruplaşmalar üzərində tam qələbə bütün dünyadakı insanların - müsəlman, yəhudi, xristian, indus, yezid və ya ateistlərin istəyidir və onlar dini cərəyanları ekstremist yönümdə radikallaşdıran nifrət dolu ideologiyanın rədd edilməsini tələb edirlər. Bu ideologiyanın  dinlə heç bir əlaqəsi yoxdur, bu sevgi və sülh dininin orta əsrlərin nifrət və qəddarlıqla dolu ideologiyasına qayıdışından başqa bir şey deyil", - M.Brayza hesab edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi