Azərbaycanda bankların birləşməsindən hansı nəticəni gözləmək olar? - RƏY

Azərbaycanda bankların birləşməsindən hansı nəticəni gözləmək olar? - RƏY Yeni yaranan banklar sağlam maliyyə bünövrəsinə sahib olacaq
Analitika
26 Yanvar , 2016 16:50
Azərbaycanda bankların birləşməsindən hansı nəticəni gözləmək olar? - RƏY

Bakı. 26 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan bank sektorunun sağlamlaşdırılması ilə bağlı mühüm bəyanatlarla çıxış edib. Dövlət başçısı deyib ki, tələbələrə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz.

"Report" analitik qrupu hesab edir ki, bu tapşırıq bank sektorunda yaxın zamanlarda birləşmələrin və bəzi qeyri-sağlam bankların lisenziyasının ləğvinə gətirib çıxaracaq. Hazırda bank sektoru daralmağa davam edir, banklar rentabelliyi aşağı olan filiallarını bağlayır. Bu, əsasən mənfəət baxımından zəif və ya zərərlə işləyən bölgələrdə açılan filiallara aiddir. Bununla da bankların gəlirləri azalır və onlar xərcləri azaltmaq üçün birləşməyə məcbur olacaqlar. Nəticədə daha sağlam bank sektoru qarşımıza çıxacaq. Bu vəziyyətdə qeyri-sağlam maliyyə vəziyyəti olan banklar bağlanmalı olacaqlar. Bunlar əsasən dollarla kredit alan və manatla kredit verərək valyuta riski ilə üzləşən banklar olacaq. Bir qədər maliyyə vəziyyəti yaxşı olan banklar isə birləşdikdən sonra Mərkəzi Bankın dəstəyi ilə bank sektorunda yaranan çətin vəziyyətdən çıxa biləcəklər. Belə olarsa, sağlam banklar yaranacaq və onlar xaricdən ucuz kreditlər cəlb edərək iqtisadiyyata kapital qoyuluşunu davam etdirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi