Azərbaycanlıların soyqırımının 100-cü ildönümü - ermənilərin 190 ildə törətdikləri cinayətlər - ŞƏRH

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü - ermənilərin 190 ildə törətdikləri cinayətlər - ŞƏRH Bakı. 27 mart. REPORT.AZ/ Fəsadların kökündə yalan və oğurluğun durduğu neçə min illərdir dönə-dönə təsdiqlənib. Təəssüf ki, bunların hər ikisi tarixin üzünün bizdən dönməsi nəticəsində qonşuluğumuza yerləşdirilən ermənilərin xarakterik cəhətləridir. Düzdür, bizlər bunu bir topluma yaraşdırmaq, “qurunun oduna yaşı da yandırmaq” istəməzdik. Ancaq böyükləri onları elə zəhərləyiblər ki, bu etnik qrupun təfəkküründə əcaib və patoloji hallar yaranıb. Onlar elə bilirlər ki, dünya ermənilərdən yaranıb, yerə düşən yarpaqdan tutmuş civildəyən sərçələrədək bütün canlılar ermən dilində danışır.
Analitika
118
27 Mart , 2018 13:01
Azərbaycanlıların soyqırımının 100-cü ildönümü - ermənilərin 190 ildə törətdikləri cinayətlər - ŞƏRH

Bakı. 27 mart. REPORT.AZ/ Fəsadların kökündə yalan və oğurluğun durduğu neçə min illərdir dönə-dönə təsdiqlənib. Təəssüf ki, bunların hər ikisi tarixin üzünün bizdən dönməsi nəticəsində qonşuluğumuza yerləşdirilən ermənilərin xarakterik cəhətləridir. Düzdür, bizlər bunu bir topluma yaraşdırmaq, “qurunun oduna yaşı da yandırmaq” istəməzdik. Ancaq böyükləri onları elə zəhərləyiblər ki, bu etnik qrupun təfəkküründə əcaib və patoloji hallar yaranıb. Onlar elə bilirlər ki, dünya ermənilərdən yaranıb, yerə düşən yarpaqdan tutmuş civildəyən sərçələrədək bütün canlılar ermən dilində danışır.

Son illə ermənilər Azərbaycana və azərbaycanlılar, türklərə qarşı hərəkətləri ilə insanlığa da nifrətlərini nümayiş etdirirlər. Onlar yalnız azərbaycanlıları, türkləri deyil, insanları sevmədiklərini də sübut edirlər. Bunun üçün Xocalıda törədilən vəhşiliyi göstərmək kifayətdir. Bu etnik qrup sübut edir ki, insanlara sevgidən məhrumdurlar. Çünki Xocalıdakı vəhşiliyi yalnız insani dəyərlərdən məhrum olanlar törədə bilərdilər.

Bu etnik qrupun nümayəndələri dünyada hamının onlara zülm etdiyini zənn edir, özlərini ən ali irq sayırlar, hətta bütün insanların onlara borclu olduğunu iddia edirlər. Eyni zamanda harada yaşamalarından asılı olmayaraq, oranı ermənilərin torpağı hesab edirlər. Bu məlum həqiqətləri hamı bilir, sadəcə, yaxşı insanlar kin saxlamılrar. Ancaq nəticə çıxarmaq, yaxşını, xeyiri şərdən ayırmaq üçün belə bir dəyərləndirmə və xatırlatmaya hərdən ehtiyac yaranır. Bu, daha çox “axı niyə belə olur” sualını cavablandırmaq istəyərkən yada salınır.

1992-ci il fevralın 26-da Rusiyanın yardımı ilə ermənilər tərəfindən aylarla mühasirədə saxlanılan Xocalıya hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilib, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 şəhər sakini isə girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 83-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qoca olub. Rusiya ordusunun 366-cı motoatıcı alayının təcavüzü nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.

Bu baxımdan, vurğuladığımız məsələlərə dair faktları diqqətinizə çatdıracağıq.

Ermənilər indi dövlət qurub yaşadıqları torpaqlara köçürülüblər. 190 il əvvəl, 1828-ci il fevralın 10-da Rusiyanın nümayəndəsi İvan Paskeviçlə Qacarlar dövlətinin şahı Fətəli şahın oğlu, vəliəhd Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, ermənilər indiki İrandan Azərbaycanın Qarabağ, Şamaxı, Gəncə, İrəvan və Bakı xanlıqlarının ərazisinə köçürülüb. Onların Azərbaycana qarşı fəaliyyəti həmin tarixdən sonra daha da genişlənməyə başladı, bu etnik qrup Azərbaycan torpaqlarını oğurlamaq iştahasına düşdü. Sonra bu oğurluğu təsdiqləmək üçün çoxsaylı yalanlar uyduruldu və bu, hələ də davam etməkdədir. Əvvəlcə çar Rusiyasının, sonra isə SRRİ-nin dəstəyi ilə mövcud olan Ermənistanda azərbaycanlılara qarşı təzyiqlər artmağa başladı. Onlar havadarlarının yardımı ilə Azərbaycan türklərini Ermənistandan didərgin saldılar. Bu prosesin birinci mərhələsi 1905-1920-ci illər, ikinci mərhələsi 1948-1953-ci illər, üçüncü mərhələsi isə 1988-1992-ci illəri əhatə edir. Yəni bu il həm də ikinci və üçüncü mərhələnin başlamasından, müvafiq olaraq, 70 və 30 il ötdü. Bu il həm də Moskvanın, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin dəstəyi ilə ermənilərin Sumqayıtda törətdikləri vəhşiliklərin də 30 ili tamam oldu. Həmin hadisəni törədən erməni etnik qrupunun nümayəndəsi Eduard Qriqoryandır. O, ermənilərin yaratdığı fonda pul köçürməyən bu etnik qrupdan olanların qətlini təşkil edib. Həmin hadisələr zamanı 6 azərbaycanlı da öldürülüb. Sovet hüquq mühafizə orqanları Qriqoryanı cəzalandırmaqdansa, onu Ermənistana göndərib, orada isə sərbəst buraxılıb. İndiki Ermənistan ərazisindən azərbaycanlıları çıxaran ermənilər Xocalı soyqırımını törətdi. Bu əməllərini ört-basdır etmək üçün “Sumqayıt hadisələri"ni dünyaya car çəkməklə yalançı etnik qrup olduqlarını təsdiqləyirlər. Azərbaycan türkləri Ermənistandan didərgin salındıqdan sonra ermənilər saxtakarlıq etməyə başlayıb, Azərbaycan türkcəsində olan yer adlarını dəyişiblər. Bu proses 2007-ci ildə başa çatdırılıb. Azərbaycanlılara aid tarixi-mədəni abidələr ya dağıdılıb, ya da saxtalaşdırılıb. Azərbaycanlıların qəbiristanlıqları dağıdılıb, qəbir daşları oğurlanıb.

Bundan başqa, 1988-ci ildə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların 261 kənd və qəsəbəsi boşaldılıb, 250 min nəfər doğma yurdlarından didərgin salınıb. Bu yaşayış məntəqələrinin adı və demoqrafik göstəriciləri indiyədək heç bir mənbədə tam şəkildə verilməyib. 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), 400 nəfərdən çox adam xəsarət alıb. Onların adları və Ermənistandakı ünvanları da məlumdur. Həmin illərdə Errmənistandan didərgin salınmış azərbaycanlılara, təxminən 2,5 milyard dollar ziyan dəyib. Kolxozlarda azərbaycanlılara məxsus 43 789 baş iribuynuzlu, 454 660 baş xırdabuynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1 381 yardımçı təsərrüfat tikintiləri, 2 169 avtomobil, 1 976 traktor, 3 132 kənd təsərrüfatı texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri isə təxmini hesablamalara əsasən, 17,5 milyard dollar, qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard dollar təşkil edir.

2018-ci ildə azərbaycanlıların mart soyqırımının 100 ili tamam olacaq. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa ərazilərdə Bakı Soveti və "Daşnaksütyun"dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədib. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ermənilərin iştirakı ilə həmin tarixdə Güney Azərbaycanın Culfa, Salmas, Sulduz (indi belə adlandırlır - Nəğədə), Xoy, Urmiya, Muğan və başqa bölgələrində də soyqırımı törədilib. Həmin bölgələrdə 150 min azərbaycanlının soyqırıma məruz qaldığı barədə məlumatlar var. Son 100 ildə yalanlar və saxtakarlıqlar üzərində qurulan Ermənistanı idarə edənlər törətdikləri cinayətlər azmış kimi, Azərbaycana qarşı iftiralarından əl çəkmirlər.

Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Ermənistan dövlət rəsmiləri tərəfindən yenə Azərbaycana qarşı yalan və saxtakarlıqlar dolu bəyanatlar verilib. Ermənistan parlamentinin sədri Ara Baloyan Ermənistanda və Dağlıq Qarabağda erməni vəhşiliklərini ört-basdır edərək Azərbaycanın ünvanına yalanlar, hədyanlar söyləyib. O, Azərbaycanı “ermənifobiya”da ittiham edib. Bu ölkənin xarici siyasətinin icrasına rəhbərlik edən nazir Edvard Nalbandyan da bütün diplomatik qaydaları pozaraq Azərbaycanı hələ qəbul edilməyən bir qərarın icrasında, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin üzvlərinin sayının artırılmasına əməl etməməkdə suçlayıb. Halbuki Azərbaycan tərəfi bu məsələyə xeyli əvvəl razılıq verib və genişlənmə Ermənistanın ucbatından baş tutmur. Nazir 30 il əvvəl Sumqayıtda ermənilərə “divan tutulduğu"nu deyərək Azərbaycanın ünvanına yalanlar söyləyib. Baloyanlar, Nalbandyanlar unudur ki, 1988-ci ildə Sumqayıt hadisələri baş verəndə Azərbaycan SSRİ-nin tərkibində idi. Sovet İttifaqında isə Ermənistan və ermənilərə yaradılan şərait Azərbaycan və azərbaycanlılar üçün yaradılmamışdı. Sumqayıt hadisələrinin əsas icraçısı ermənilər olub. Onlar Moskvada hazırlanmış ssenarini irca ediblər. Xocalı soyqırımı da ona oxşayır. Rusiyanın 366-cı motoatıcı alayı ilə ermənilər birlikdə müstəqil Azərbaycan Respublikasında soyqırımı törədiblər.

Ermənilərin “ASALA” adlı terror təşkilatı var. Onun mərkəzi Livanın Beyrut şəhərində yerləşir. Bu terror qrupu yaradılanda nə “Əl-Qaidə”, nə İŞİD, nə də İslam adı altında fəaliyyət göstərən başqa terror qruplaşmaları var idi. Yalnız ermənilərdən ibarət olan bu terror təşkilatı 1975-ci ildə yaradılıb. Bu baxımdan, terror kimi bəla ilə məşğul olmaq erməni etnik qrupunun əzəli şakəridir.

Erməni saxtakarlığı yalnız Azərbaycan torpaqlarının işğal edilib yerlərin adlarının dəyişdirilməsi ilə bitmir. Ermənilər hələ də elə bilirlər ki, “armenioid” irqinin genini onlar daşıyır. Bu etnik qrupun nümayəndələri mayya sivilizasiyasının əsasında ermənilərin durduğunu iddia edirlər. Onların dilinin isə qədim erməni dili olduğunu sübut etməyə çalışırlar.

Bu yalan, oğurluqlar üzərində qurulan dövlətdə yetişən nəsil isə bir-birinə münasibətdə də amansızdır. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə bir qrup silahlı erməni basqın etdi. Bu silahlı hücum nəticəsində Ermənistan baş nazirinin müavini Vazgen Sarqsyan, parlamentin sədri Karen Dəmirçiyan, eləcə də bir neçə deputat öldürüldü. Silahlı qruplaşmaya keçmiş jurnalist Nairi Unanyan rəhbərlik edib. Cinayət axtarış idarəsinin keçmiş rəhbəri Muşeq Saqatelyan terrorun sifarişçisinin Robert Köçəryan və “Daşnaksütyun” partiyasının olduğunu deyib: “Vazgen Sarqsyan Ermənistanın Rusiya tərəfindən tamamilə idarə olunmasını istəmirdi”. On il əvvəl martın 1-də Ermənistanda fevralın 19-da keçirilən prezident seçkisinin nəticələrinə etiraz edən aksiya iştirakçılarına qarşı güc tətbiq edilib. Nəticədə 8 aksiya iştirakçısı, 1 hərbçi öldürülüb, 230 nəfər isə xəsarət alıb. Aksiyalar dağıdılan zaman Robert Köçəryan Ermənistanın prezidenti idi. Onda seçkinin nəticələri ölkənin indiki prezidenti Serj Sarqsyanın xeyrinə saxtalaşdırılmışdı. Buna isə Levon Ter-Petrosyanın tərəfdarları etiraz edirdilər. Köçəryan və Sarqsyan isə Qarabağda Xocalı soyqırımının törədilməsinin əsas icraçılarıdır. Onlardan biri digərinin hakimiyyətə gəlişini təmin etmək üçün öz etnik qrupundan olan insanların məhv edilməsinə icazə verib.

2018-ci il martın 2-də Ermənistanda yeni konstitusiyanın tələblərinə uyğun olaraq, parlamentdə yeni prezident seçilib. Ermənistanın yeni keyfiyyət halında prezidenti Armen Sarkisyan olub. Apreldə isə Serj Sarqsyanın prezident olmasının 10 ili başa çatacaq. Onun yenidən hakimiyyətdə qalaraq baş nazir olacağı ehtimalı böyükdür.

Beləliklə, ermənilər və Ermənistanla bağlı 190 illik hadisələrə çox ötəri nəzər saldıq, bu etnik qrupun mahiyyətini bir daha diqqətə çatdırdıq. Təəssüf ki, dünyada onların saxtakarlıq, yalan və oğurluqlarına inanırlar, hətta müdafiə də edirlər. Yoxsa dünyada da oğruların, yalançı və saxtakarların əlinə keçib?!

Bütün hallarda yalan ayaq tutur, yerimir. Ancaq indiki halda hələlik onu yeridirlər...

Orphus sistemi