Yuxarı
    Bağlamaq

    Azərbaycanın məcmu xarici borcu 19 mlrd. dollara çatıb

    Azərbaycanın beynəlxalq ehtiyatları isə xarici borcu 5 dəfə üstələyir

    Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın dövlət xarici borcunun həcmi 2016-cı ilin sonuna 6 913,2 mln. ABŞ dolları təşkil edib və illik müqayisədə 18,9 mln. dollar və ya 0,27% artıb. 

    "Report" xəbər verir ki, xarici borcun adambaşı məbləği isə son bir ildə 20,5 dollar və ya 2,85% azalaraq 698,2 dollar təşkil edib. Xarici borcun ÜDM-ə nisbəti son 11 ilin maksimal həddinə çatıb və 20,4%-ə bərabər olub. Lakin buna baxmayaraq, Azərbaycanın dövlət xarici borcunun ÜDM-ə nisbəti dünya standartlarında icazə verilən şərti norma - 50%-dən çox aşağıdır. 

    Aşağıdakı qrafikdə Azərbaycanın 2005-2016-cı illər üzrə xarici borc göstəriciləri əks olunub:

    Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanın özəl və bank sektorunun təxmini xarici borcu 2016-cı ilin sonuna 12 mlrd. dollar səviyyəsinə çatıb. Nəticədə, Azərbaycanın məcmu xarici borcu 19 mlrd. dollara yaxınlaşır və ÜDM-ə nisbəti təxminən 56%-dir.

    Azərbaycan xarici borc üzrə bir sıra şərti beynəlxalq normativlərə riayət edir. Belə ki, Azərbaycanın beynəlxalq ehtiyatlarında dövlət xarici borcunun xüsusi çəkisi 20,85%-ə bərabərdir. Başqa sözlə, beynəlxalq ehtiyatlar xarici borcu 5 dəfəyə yaxın üstələyir.

    Dövlət xarici borcunun ixraca nisbəti isə 2016-cı ilin sonuna 75% təşkil edib ki, bu göstərici üçün icazə verilən maksimal hədd 275%-dir.

    Azərbaycanın 2016-cı ilin sonuna ixracının məcmu xarici borca nisbəti isə 209% olub ki, burada minimal təhlükəli hədd 30%-dən aşağı hesab olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi