Yuxarı
    Bağlamaq

    Azərbaycan Mərkəzi Bankı gələn iclasda uçot dərəcəsini azalda bilər

    Banklar son aylarda depozit hərraclarında real olaraq 25%-ə yaxın gəlir əldə edib© Report

    Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dünən, mayın 1-də keçirdiyi iclasda uçot dərəcəsini dəyişməyərək 15% səviyyəsində sabit saxlayıb. 

    "Report"un analitik qrupu hesab edir ki, iyun ayının ortalarında keçirilməsi gözlənilən növbəti iclasda AMB-nin uçot dərəcəsini azaldacağı ehtimal edilir. Belə ki, son depozit hərraclarında faizlərin getdikcə azalması müşahidə olunur. İlin əvvəlində 15%-ə yaxın olan depozit hərracında vəsaitlərin cəlb edilməsi üzrə faiz dərəcələri mayın 1-də keçirilən son hərracda 13%-dən aşağı düşüb. Buna səbəb kimi valyuta bazarında sabitliyə nail olunması amili göstərilir. Belə ki, kommersiya bankları manat ekvivalentində real olaraq 13-15%, fevral ayından etibarən möhkəmlənməyə başlayan manat fonunda isə dollar ekvivalentində daha çox gəlir əldə edib. Yəni, fevralda dollar aktivlərini 1,90 AZN/USD səviyyəsindən manata dəyişən banklar 25%-ə yaxın real gəlir əldə edib. 

    Analitik qrup hesab edir ki, cari vəziyyət uzun müddət davam edə bilməz: "Çünki, dünyanın heç bir yerində bu qədər yüksək real faiz yoxdur. Məhz bu səbəbdən yaxın hərraclarda faizlərin 10% səviyyəsinə qədər geriləyəcəyi ehtimal edilir. Bu da AMB-yə növbəti iclasda uçot dərəcəsini 12% səviyyəsinə qədər azaltmağa imkan verəcək. İlin sonuna qədər isə faizlər 10% səviyyəsinə çatdırıla bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi