Yuxarı

Ekspert: "Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşılığı Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcək"

Azərbaycanın bölgədə güclü və müasir müdafiə texnologiyasına sahib olan ordusu var

Türkiyə. 28 iyun. REPORT.AZ/ “Azərbaycan Ordusu Azərbaycanın müstəqilliyinin simvoludur”. 

Bunu “Report”un Türkiyə bürosuna 26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü ilə bağlı açıqlama verən Türkiyənin ehtiyatda olan zabiti, terror üzrə beynəlxalq ekspert, professor Məsut Haqqı Caşin deyib.

M.Haqqı bildirib ki, bu gün Azərbaycanın bölgədə güclü və müasir müdafiə texnologiyasına sahib olan ordusu var: “Türkiyə Hava Qüvvələri mütəxəssi olaraq, xüsusi ilə Azərbaycan Hava Qüvvələrini qeyd etmək istəyirəm ki, gənc olmasına baxmayaraq, dağlıq ərazilərdə uğulu əməliyyatlar apara biləcək çoxlu sayda müasir qırıcı-bombardmançı təyyarələri, helkopterləri var. Bu da o deməkdir ki, Azərbaycan dövləti hərbi sahənin davamlı inkişafına böyük önəm verir. Azərbaycan Ordusunun Sülh naminə tərafdaşlıq prinsiplərinə əsaslanaraq Nato ilə də əlaqələrini genşləndirir. Eyni zamanda Azərbaycan Türkiyə ilə mütəmadi olaraq ortaq hərbi təlimlər keçirir. Türkiyə ilə qurulan ortaq müdafiə strategiyaları çərşivəsində Azərbaycan dövləti ölkəsinin müdafiə qabiliyyətini gücləndirmək istqamətində hərbi təhsilə də böyük önəm verir. Bu gün mənim də dərs dediyim Türkiyə Silahlı Qüvvələrinin Ali Hərbi Təhsil Müəssisəsində təhsil alan azərbaycanlı tələbələrin, zabitlərin, yetişdirdiyim gənc pilotların orduya tam hakim olma bacarıqlarını, qətiyyətli mübarizə əzmlərini görürəm.”

O bildirib ki, may və iyun aylarında keçirilən hərbi taktiki təlimlərində Azərbaycan əsgərlərinin yüksək səviyyəli hazırlıqlarını, ordunun ən mürəkkəb əməliyyatlara hazır olduğunu sübut etdi: “Eyni zamanda Azərbaycanın müttəfiq dövlətlərdən, xüsusi ilə Türkiyədən aldığı silahlarla hərbi potensialını gücləndirdiyinin şahid olduq. Lakin keçmiş bir türk əsgər kimi onu da qeyd edim ki, orduya güc verən digər amil xalqın milli vətənpərvərlik ruhudur. Aprel döyüşlərindən sonra Azərbaycan xalqı ordunu dəstəkləməklə əsil vətənpərvərlik mövqeyini nümayiş etdirdi”.

Türkiyəli hərbi ekspert son dövrlərdə Türkiyə-Azərbaycan arasında inrensivləşən hərbi təlimlərin əhəmiyyətndən bəhs edərək vurğulayıb ki, Türkiyə Ermənistanın təcavüzkar siyasətinə qarşı çıxaraq daim Azərbaycan xalqının yanında olub: “Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı istiqamətində önəmli addımlar atılıb. Bu əməkdaşlığa Gürcüstan da qoşulub. NATO nun da dəstəklədiyi Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşıığı hər üç ölkənin maraqlarına xidmət edərək Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi