​AYİB: Azərbaycan və Gürcüstan iqtisadi artım göstərəcək, ən pis vəziyyət Ermənistanda olacaq

​AYİB: Azərbaycan və Gürcüstan iqtisadi artım göstərəcək, ən pis vəziyyət Ermənistanda olacaq Baltikyanı ölkələri üçün iqtisadi proqnozu artıb
Analitika
18 May , 2015 17:56
​AYİB: Azərbaycan və Gürcüstan iqtisadi artım göstərəcək, ən pis vəziyyət Ermənistanda olacaq

Bakı. 18 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Avropa və Qafqaz regionuna daxil olan ölkələr üçün iqtisadi proqnozunu açıqlayıb.

"Report"-un məlumatına görə, AYİB Belarus, Moldova, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycanın proqnozunu pisləşdirib. Baltikyanı ölkələri üçün isə iqtisadi proqnozu artırıb.

AYİB dəyərləndirməsinə görə, adı çəkilən region ölkələrindən ancaq Azərbaycan və Gürcüstan iqtisadi artım göstərəcək. Digər 4 ölkə resessiya ilə üzləşəcək. Ən pis vəziyyət Ermənistanda olacaq. Bu ölkədə yanvar ayında 15% iqtisadi azalma həyata keçib. 2015-ci il ərzində Ermənistanda 3,3%-lik ÜDM azalması gözlənilir. Orta Asiya ölkələrində iqtisadi artim ortalama 3,7% olacaq. Qeyd edək ki, bu regionda artım 2014-cü ildə 5,9% olub. Yüz minlərlə müvəqqəti işçinin Rusiyadan Tacikistan, Özbəkistan və Qırğızıstana geri dönməsi bu ölkələrə əlavə xərc yaradacaq.

Qeyd edək ki, daha öncə bu cür xəbərlə "Fitch" beynəlxalq reyting agentliyi çixiş edib.

AYİB Rusiya iqtisadiyyatının 2015-ci ildə 4,5%, 2016-cı ildə isə 1,8% azalacağını bildirib. Daha sonra isə o, Rusiyanın uzun müddət staqnasiya və ya zəif artım tempində olacağını qey edib.

Rusiyadakı resessiya bu ölkə ilə sıx münasibətləri olan qonşu ölkələrə gözləniləndən daha ağır zərbə vurur. Şərqi Avropa, Qafqaz və Orta Asiya regionu ölkələri artıq 2014-cü ilin sonundan mənfi təsirə məruz qalıblar. Buna səbəb Ukrayna - Rusiya münaqişəsi, rublun devalvasiyası və Rusiya iqtisadiyyatının çöküşü səbəb göstərilir. Rusiyaya və Rusiyadan pul transferləri kəskin azalıb. Bu ölkələrin çoxu iqtisadi siyasətlərini sərtləşdirməyə məcbur olublar. Bu da daxili tələbə mənfi istiqamətdə təsir edib.

Ukraynanı Minsk anlaşmasına baxmayaraq daha sərt iqtisadi tənəzzül gözlənilir. Yanvar ayında əgər illik 5% iqtisadi azalma gözlənilirdisə , hazırda bu rəqəm 7,5%-dir. Əgər təhlükəsizlik bərpa olunsa və BVF proqramı davam etsə Ukrayna gələn il 3% ÜDM artımına nail ola biləcək.

Mərkəzi Avropa və Baltika ölkələrində AYİB, bu il 2,9% iqtisadi artım proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi