Avropanın əksər ölkələrinin dövlət istiqrazlarına tələb yüksəkdir - MONİTORİNQ

Avropanın əksər ölkələrinin dövlət istiqrazlarına tələb yüksəkdir - MONİTORİNQ Son nəticədə onların dövlət istiqrazlarının illik gəlirliliyi mənfidir
Analitika
12 Mart , 2019 17:00
Avropanın əksər ölkələrinin dövlət istiqrazlarına tələb yüksəkdir - MONİTORİNQ

“Report”un Analitik qrupu dünyanın müxtəlif ölkələrinin tədavülə buraxdığı dövlət istiqrazlarının illik gəlirliliyini nəzərdən keçirib.

Məlum olub ki, borc alətlərinə investisiya müqabilində ən çox gəlir vəd edən ölkə Venesueladır.

Son vaxtlar siyasi-iqtisadi böhranın yaşandığı, hiperinflyasiyanın qeydə alındığı Venesuelada dövlət istiqrazlarının illik gəlirliliyi 92 571,4%-dir və bu qədər fantastik gəlirliliyə malik borc aləti heç bir ölkədə yoxdur.

Bununla belə, bəzi ölkələrin də qiymətli kağızlarının gəlir marjası nəzərəçarpacaq dərəcədə yüksəkdir. Həmin ölkələr Venesuela ilə eyni regionda yerləşən Argentina (21,3 – 32,4%), eləcə də Ukrayna (16,7 – 19,2%), Türkiyə (15,1 – 19,2%), Misir (16,1 – 17,7%), Uqanda (9,2 – 16,3%), Nigeriya (10,6 – 14,3%), Pakistan (10,6 – 13,6%), Keniya (3,7 – 13,2%), Şri-Lanka (9,6 – 11,5%) və Namibiyadır (7,4 – 11,3%).

Əksər ölkələrdə dövlət istiqrazlarının illik gəlirliliyi 0-10% arasında dəyişir. Bununla yanaşı, Avropanın 17 ölkəsində, eləcə də Yaponiyada istiqraz faizləri mənfidir. Bu, həmin ölkələrin dövlət istiqrazlarına tələbin yüksək olmasından xəbər verir. Başqa sözlə, həmin qiymətli kağızlara pul qoyanlar gələcək perspektivi nəzərə alıb nəinki gəlir əldə edirlər, əksinə, pullarını “etibarlı əllər”də saxlamaq üçün xərcə düşürlər.

Ölkənin adı Dövlət istiqrazlarının
illik gəlirliliyi
Amerika
1 ABŞ 2,4 – 3,1%
2 Argentina 21,3 – 32,4%
3 Braziliya 6,3 – 8,9%
4 Çili 3,3% - 4,3%
5 Kanada 1,6 – 2,1%
6 Kolumbiya 4,7 – 7,0%
7 Meksika 7,9 – 8,5%
8 Peru 4,4 – 6,1%
9 Venesuela 7,9 – 92 571,4%
Avropa
10 Almaniya - 0,6 – 0,8%
11 Avstriya - 0,5 – 1,3%
12 Belçika - 0,5 – 1,3%
13 Bolqarıstan - 0,5 - 0,7%
14 Böyük Britaniya 0,5 – 1,7%
15 Çexiya 1,7 – 2,9%
16 Danimarka - 0,6 - 1,0%
17 Finlandiya - 0,5 – 1,0%
18 Fransa - 0,6 – 1,7%
19 Xorvatiya 0,0 – 2,0%
20 İrlandiya - 0,5 – 1,6%
21 İslandiya 4,8 – 5,0%
22 İspaniya - 0,4 – 2,3%
23 İsveç - 0,4 – 1,0%
24 İsveçrə - 1,0 – 0,3%
25 İtaliya - 0,3 – 3,6%
26 Kipr 0,3 – 1,8%
27 Latviya 0,1 – 0,5%
28 Litva 0,3 – 1,2%
29 Macarıstan 0,2 – 3,8%
30 Malta - 0,3 – 1,8%
31 Niderland - 0,6 – 0,8%
32 Norveç 1,1 – 2,5%
33 Polşa 1,3 – 2,9%
34 Portuqaliya - 0,4 – 2,4%
35 Rumıniya 2,7 – 4,9%
36 Rusiya 7,6 – 8,6%
37 Serbiya 2,9 – 4,5%
38 Slovakiya - 0,3 – 1,4%
39 Sloveniya - 0,3 – 0,8%
40 Türkiyə 15,1 – 19,2%
41 Ukrayna 16,7 – 19,2%
42 Yunanıstan 1,0 – 4,8%
Yaxın Şərq
43 Bəhreyn 4,2 – 5,8%
44 İordaniya 3,7 – 6,9%
45 İsrail 0,3 – 3,3%
46 Qətər 3,3 – 3,9%
47 Misir 16,1 – 17,7%
Asiya – Sakit Okean
48 Avstraliya 1,6 – 2,6%
49 Banqladeş 3,4 – 8,5%
50 Cənubi Koreya 1,8 – 2,0%
51 Çin 2,4 – 3,8%
52 Filippin 5,2 – 6,4%
53 Hindistan 6,4 – 7,8%
54 Honqkonq 0,7 – 1,8%
55 İndoneziya 5,9 – 8,6%
56 Malayziya 3,3 – 4,7%
57 Pakistan 10,6 – 13,6%
58 Sinqapur 1,9 – 2,6%
59 Şri-Lanka 9,6 – 11,5%
60 Tailand 1,7 – 3,1%
61 Tayvan 0,6 – 1,3%
62 Vyetnam 3,0 – 4,8%
63 Yaponiya - 0,2 – 0,6%
64 Yeni Zelandiya 1,7 – 2,4%
Afrika
65 Botsvana 1,7 – 5,0%
66 Cənubi Afrika 6,8 – 9,7%
67 Keniya 3,7 – 13,2%
68 Mavriki 3,2 – 6,1%
69 Mərakeş 2,4 – 3,7%
70 Namibiya 7,4 – 11,3%
71 Nigeriya 10,6 – 14,3%
72 Uqanda 9,2 – 16,3%

Qeyd edək ki, Azərbaycanın 2024-cü ilə qədər tədavüldə olacaq avrobondlarının illik gəlirliliyi 4,75%-dir. 

Son xəbərlər

Orphus sistemi