Avropa Mərkəzi Bankının monetar siyasətində dəyişiklik etməsi gözlənilmir

Avropa Mərkəzi Bankının monetar siyasətində dəyişiklik etməsi gözlənilmir Avronun ucuzlaşması gözlənilir
Analitika
19 İyul , 2017 20:11
Avropa Mərkəzi Bankının monetar siyasətində dəyişiklik etməsi gözlənilmir

Bakı. 19 iyul. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) sabah keçirəcəyi növbəti iclasında mövcud monetar siyasətində dəyişiklik etməsi gözlənilmir. 

"Report"un analitik qrupu bildirir ki, iclasda ECB sədri Mario Draqinin monetar siyasətin gələcək perspektivləri barədə önəmli siqnallar verəcəyi ehtimal edilir.

ECB-nin qərarlarında dəyişiklik etməsi üçün inflyasiya göstəricisinin sürətlənməsinə diqqət etdiyi bildirilir. Amma inflyasiya aprel ayında 1,9%-dən mayda 1,4%-ə, iyunda isə 1,3%-ə gerilədiyindən sabahkı iclasda ECB-nin daha çox gözləmə mövqeyi sərgiləyəcəyi proqnozlaşdırılır.

Mario Draqinin inflyasiya göstəricisində 4 əsas kriter müəyyən etdiyi bildirilir. Bunlardan birincisi inflyasiyanın 2%-ə yaxınlaşması, ikincisi bu səviyyədə cdayanıqlı qalması, üçüncüsü inflyasiyanın monetar ekspansiya olmadan bu səviyyələrdə sabitləşməsi və inflyasiyanın avrozonada hər hansı bir ölkə tərəfindən deyil bütün ölkələri əhatə etməsi amilləridir.

"Report"un analitik qrupu sabahkı iclasdan sonra avronun məzənnəsinin bir qədər zəifləyəcəyini və USD/EUR əsas valyuta cütlüyünün 1,15 səviyyəsindən aşağı enəcəyini proqnozlaşdırır.  

Son xəbərlər

Orphus sistemi