Atılmış Vardanyan - girov saxlanılan Qarabağdakı ermənilər - ŞƏRH

Atılmış Vardanyan - girov saxlanılan Qarabağdakı ermənilər - ŞƏRH Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində erməni separatçıların tör-töküntüləri hələ də qalır.
Analitika
23 Yanvar , 2023 17:06
Atılmış  Vardanyan - girov saxlanılan Qarabağdakı ermənilər - ŞƏRH

Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində erməni separatçıların tör-töküntüləri hələ də qalır.

Moskva 34 ildir bu bölgədə Ermənistan üçün kadr hazırlamaqla məşğuldur.

Ötən illər Ermənistanda baş verənlər bunu təsdiqləyir.

İndi yenisi hazırlanır. Bu, Rusiyanın yetişdirdiyi və milyader etdiyi Ruben Vartanyandır. RF Prezidenti Vladimir Putin onu bir müddət əvvəl ölkə vətəndaşlığından məhrum edib. İndi bu milyader var-dövləti ilə heç bir ölkənin vətəndaşı deyil.

O, BBC-nin “Hard Talk” verilişinə müsahibə verib. Özünü çox hazırlıqlı sayan Vartanyan aparıcının suallarından ya yayınıb, ya da cavab verə bilməyib. Suallara cavab verə bilməyəndə isə fikirinin kəsldiyini bəhanə edib.

Müsahibədən məlum olur ki, o, Ermənistanın baş naziri Nikol Paşinyana müxalifdir.

Aparıcı Stiven Sakurun Paşinyanla Vardanyanın münasibətlərinin zərərli olması, rəsmi İrəvanın onunla heç bir işgüzar əlaqə qurmaq istəməməsi iə bağlı sualına Vardanyan ümumi ifadələrlə cavab verməyə səy göstərib: “Mən sizin nədən bəhs etdiyinizi başa düşmürəm. Bunu müzakirə etmək mənasızdır”.

Nikol Paşinyan
Nikol Paşinyan

Vardanyan saxtakarlıq edərək guya 1980-ci illərdə Azərbaycan məktəblərində keçirilən tarix kitabında “bu ərazilərin ermənilərə aid olduğu”nun yazıldığını iddia edib. Halbuki Artsak adı qədim türk sözüdür və sak türklərinin yaşadığı yerdir. Kitablarda da belə bildirlib. Bununsa ermənilərə heç bir aidiyyəti yoxdur.

Müsahibə zamanı Vardanyan Rusiyanın, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan qruplaşmalarının ortaya qoyduğu gizli layihəsi, Nikol Paşinyana müxalif olduğunu sübut edib. Bu atılmış Rusiya vətəndaşı Moskvanın Ukraynada apardığı müharibə ilə bağlı da aydın fikir sərgiləyə bilməyib. O, bu müharibədə Rusiyanı ittiham etməkdən qaçıb.

Aparıcı bildirib ki, Vardanyan Putinin himayəsi altında yetişən oliqarxlardandır. Stiven Sakur bu səbəbdən də qaranlıq bizneslə məşğul olmasına baxmayaraq ona qarşı heç bir cinayət irəli sürülmədyini vurğulayıb: “Sizin varlı omağınızın da əsasında bu dayanır”.

Vardanyan əsəbiliklə buna cavab verib: “Böyük Britaniya kralı Çarlz, Corc Kluninin pulları haradandır?”

Aparıcının 44 günlük müharibədə Azərbaycanın qələbəsini xatırlaması Vardanyanı özündən çıxarıb. O, “sözümü kəsməyin” deyərək mövzuya aid olmayan məsələdən, Avropa İttifaqı ilə Rusiya münasibətlərindən danışıb.

Stiven Sakur Qarabağda Vardanyanı sevməyənlərin, hətta onun “vəzifəyə təyin olunmasının” buradakı ermənilərə bədbəxtlik gətirdiyini deyənlərin olduğunu söyləyib:

“Bella Lalayan deyir ki, daha çox problem yaratmısınısız ...”

Vardanyan bunu normal qarşıladığını, hər gün küçəyə çıxdığını bildirib. Görünür, o, ermənilərin başına açdığı fəlakətin böyüklüyünü hələ də dərk etmir. Belə düşünür ki, küçədə onu döymürləsə, deməli, insanlar ona xoş münasibət bəsləyirlər.

Aparıcının “ya oranı tərk edin, ya Azərbaycan dövlətinin hakimiyyətini qəbul edin” fikirinə münasibət bildirən atılmış milyarderdeyib ki, "bu, rəsmi Bakının mövqeyidir".

O, bəzi suallara cavablayanda çaşıb, əziyyət çəkib. Hətta aparıcını istədiyi sualları verməməkdə qnayıb, irad tutub: “Heç anlamadım. Verilişin adı "HardTalk" ola-ola, burada rahat suallar nəzərdə tutulmur”.

Vardanyan bu yaxınlarda bildirib ki, “Qarabağda başqa cür yaşamaq istəyənlər də var”. “Başqa cür” dedikdə o, Azərbaycanın tərkibində yaşamağı nəzərdə tutur. Ancaq bunu ifadə etməkdən çəkinir. Çünki o, bunu etiraf edərsə, həmin ideyanın tərəfdarları çoxalacaq. Bir çox erməni Vardanyan kimi oyunacaqların avantürasından bezib.

Vardanyan bəyan edib ki, Qarabağı tərk etmək fikrində deyil. Əslində atılmış milyader bununla orada yaşayan ermənilərin onun üçün sadəcə bir alət olduğunu təsdiqləyir. Başqa sözlə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidəki ermənilərin girov götürdüyünü təsdiqləyib.

Yeri gəlmişkən, Ruben Vardanyanı separatçıların tör-töküntülərinin başçısı Araik Arutyunyan da heç sevmirmiş. Ermənistan mənbələri bildirib ki, onları bu yaxınlarda sepatatçıların keçmiş başçısı Bako Saakyan barışdırıb.

Müsahibəni tamamilə təhlil etməyə ehtiyac görmədik. Çünki bu milyaderin çıxışı 20-30 il əvvəlki erməni liderlərinin çıxışını xatırladır. Müsahibə əsassız, reallığı əks etdirməyən, yalan, saxta ifadələrlə doludur. Vardanyanın Azərbaycana, o cümlədən onun Qarabağ bölgəsinə heç bir aidiyyət yoxdur. Hazırda o, rəsmi olaraq heç bir dövlətin vətəndaşı da deyil. Vardanyan iddia edir ki, Qarabağa son 20 ildə 89 layihə həyata keçirib. Ehtimal etmək olar ki, o, Azərbaycanın bu bölgəsində batırdıqlarını xilas etmək istəyir.

Vardanyanın kimin aləti olduğu məlumdur. Ancaq o, Azərbaycan vətəndaşı olacaq ermənilərə fəlakət gətirir. Bu, fəlakətin sonu, Vardanyan isə dimdiyindən tələyə düşən quş olacaq.

Son xəbərlər

Orphus sistemi