​ABŞ-da prezident seçkiləri neftin qiymətinə təsir göstərəcək

​ABŞ-da prezident seçkiləri neftin qiymətinə təsir göstərəcək Neft qiymətləri 70 dollar/barelə qədər arta bilər
Analitika
20 iyul 2016 15:40
​ABŞ-da prezident seçkiləri neftin qiymətinə təsir göstərəcək

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək. 

"Report" analitik qrupu xəbər verir ki, seçkilərdə ABŞ-ın ənənəvi olaraq iki siyasi partiyasından olan namizədlər yarışacaq. Bunlar, Respublikaçılar Partiyasından milyarder iş adamı Donald Tramp və Demokrat Partiyasından Hillari Klintondur. Onların energetika sektoruna baxışları təmamilə bir-birindən fərqləndiyi üçün seçkilərin nəticəsinin neft-qaz bazarına təsirinin yüksək olacağı gözlənilir.

Respublikaçılar ənənəvi olaraq sənaye sahələri üçün orta tariflərin tətbiqini və iqlim dəyişikliyinin qarşısını almaq üçün heç bir qadağa həyata keçirilməsinin tərəfdarı deyil. Onlar Paris iqlim anlaşmasını qəbul etmir və bərpa olunan enerji mənbələrinə maliyyənin azaldılması istiqamətində çıxış edirlər. Nəticədə, Respublikaçıların seçki platforması təbii ehtiyatlardan daha çox istifadəni dəstəkləyir. Onlar, yeni kəşfiyyat sahələrinin istismara verilməsinin , təbii ehtiyatlarla ticarətin liberallaşdırılmasının, başqa sözlə ixracın artırılmasının tərəfdarı kimi çıxış edirlər.

Demokratlar isə seçki platformasına 2050-ci ilə qədər parnik qazlarının atmosferə buraxılmasının azaltmaq planını daxil ediblər. Onlar neft şirkətlərinin ekologiyaya vurduqları zərəri araşdırmaq üçün ədliyyə orqanlarının səlahiyyətlərinin artırılmasını istəyirlər. Bundan başqa, demokratlar, təbii ehjtiyatlarını kəşfiyyatı və hasilatı zamanı tətbiq olunan vergi güzəştlərinin ləğvini dəstəkləyirlər. Demokratlar yaxın 10 ildə xalis elektrik enerjisinin bazar payının 505-ə çatdırtılmasını ara hədəf kimi qarşılarına qoyduqlarını açıqlayıblar.

"Report" analitik qrupu hesab edir ki, D.Trampın prezident seçilməsi yaxın illərdə neft qiymətlərinin 40-70 dollar/barel diapazonunda qalmasına, H.Klintonun seçilməsi isə neft qiymətlərinin 20-50 dollar/barel diapazonunda hərəkət etməsinə yol açacaq. 

Son xəbərlər

Orphus sistemi