ABŞ-ın Suriyaya hərbi müdaxiləsi maliyyə aktivlərinə ciddi təsir edəcək

ABŞ-ın Suriyaya hərbi müdaxiləsi maliyyə aktivlərinə ciddi təsir edəcək Gərginlik Azərbaycan manatına müsbət təsir göstərəcək
Analitika
7 Aprel , 2017 12:25
ABŞ-ın Suriyaya hərbi müdaxiləsi maliyyə aktivlərinə ciddi təsir edəcək

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın ötən gecə Suriyaya hərbi müdaxiləsi qlobal maliyyə bazarlarına ciddi təsir göstərib. "Report"un analitik qrupu bildirir ki, müdaxilənin davam etməsi durumunda bir sıra maliyyə aktivlərinin qiyməti düşəcək, bəziləri isə artacaq. Belə ki, hərbi müdaxilə neft və qızılın qiymətinə müsbət təsir göstərəcək. Əksinə, dünya fond birjalarını kəskin azalma gözləyir. Belə ki, dünya fond birjaları onsuz da hazırda tarixi maksimal rekord səviyyəyə yaxın olduğuna görə, onların qiymətində azalma sərt ola bilər. Səhmlər arasında da qiyməti yüksələnlər olacaq. Bu, hərbi və əczaçılıq şirkətləridir.

Gərgin vəziyyət bir sıra ölkələrin valyutalarına mənfi təsir göstərəcək. Bunların sırasında ABŞ dollarının əsas valyutalarla müqayisədə məzənnəsi, Suriyaya yaxın olan Türkiyənin milli valyutası - lirə, ABŞ-ın bu problemdə əsas rəqibi sayılan Rusiyanın milli valyutası - rubl və bir sıra qonşu ölkələrin yerli valyutalarının ABŞ dollarına nəzərən məzənnələri ola bilər. Belə ki, artıq səhər saatlarında türk lirəsində 0,5%, rublda isə 1% ucuzlaşma müşahidə edilir. ABŞ-ın əməliyyatları davam etdirməsi maliyyə bazarlarındakı vəziyyətin gələcəyini müəyyən edəcək. Azərbaycan manatına gərginliyin təsiri isə müsbət olacaq. Manat neft qiymətlərinin artmağa davam etməsi ilə bir qədər möhkəmlənəcək.

Son xəbərlər

Orphus sistemi