Yuxarı

24 Aprel tədbiri: dünyaya tarix dərsi - ŞƏRH

Bu, dünyada türklərlə zor və güc yolu ilə danışanlara, bu istiqamətdə çeşidli etnik qrupları türklərə qarşı qaldıranlara da bir çağırışdır

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul etdi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra hər iki dövlətin başçılarının görüşləri bir qayda olaraq, həm türk dünyasının bir-birinə daha çox yaxınlaşmasını, biri-birinə arxa durduğunu göstərir.

Prezidentlər görüşün yekunu ilə bağlı mətbuata açıqlamalarında maraqlı tarixi bir hadisəyə də toxundular.

"Bu ilin digər mühüm tədbiri də bilirsiniz ki, 24 Aprel - Çanaqqala döyüşünün 100-cü ildönümüdür. Aprelin 24-də keçiriləcək bu tədbir üçün dünyanın bir çox dövlət və hökumət rəhbərlərinə dəvət göndərdik. Amma təbii ki, xüsusilə İlham Əliyev qardaşımla birlikdə, inşallah, Aprelin 24-də Çanaqqalada birlikdə olacağıq", - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu bəyanatı verdi.

"Biz, eyni zamanda, aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər", - Azərbaycan Prezidenti isə belə dedi.

Yeri gəlmişkən. Çanaqqala döyüşü Birinci Dünya müharibəsi illərində (1915-16-cı illərdə) Osmanlı və Antanta (Böyük Britaniya, Fransa, Rusiya) dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. Antantaçılar Osmanlının paytaxtı İstanbulu alaraq, boğazların idarəçilyini ələ keçirmək, Rusiyaya etibarlı bir ərzaq və hərbi- ticarət yolu açmaq istəyirdi. Ona görə də Almaniyanın müttəfiqlərindən biri kimi Osmanlı Dövlətini zəiflətmək məqsədi ilə ilk hədəf olaraq, Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları uğursuz olmuş, iki tərəfin də çox ağır itkilər verməsilə nəticələnən döyüşdə Antanta dövlətləri geri çəkiliblər. Bu döyüş məhvolma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib. Bir millətin gücünü ortaya çıxararaq, nələr edə biləcəyini göstərmiş olan bu savaş Türk Qurtuluş Savaşına da təsir göstərib.

Tarixdən də məlum olduğu kimi, Çanaqqala savaşında 1915-ci il martın 18-dən - aprelin 25-dək arasındakı dövrdə şiddətli döyüşlər gedib. Həmin müddət, ovaxtkı Böyük Britaniya imperiyasının tərkibində olan Avstraliya, Yeni Zelandiyadan gətirilən əsgərlər də həlak olub.

Bu il həmin savaşın 100-cü ildönümüdür. Türkiyə dünyanın 102 dövlətin başçısını həmin tədbirə dəvət edib. Onların arasında Ermənsitan prezidenti Serj Sarqsyanın da olduğu haqda məlumat yayılıb.

Bu, Türkiyə tərəfindən dünyaya tarix dərsi kimi dəyərləndirilə bilər. Ankara bununla ermənilərin irəli sürdüyü saxta tarixi müdafiə edənlərə əsl tarixi günü birlikdə qeyd etməyi təklif edir.

Məlum olduğu kimi, 1915-ci ildə ən ciddi zərbəni Osmanlı Dövlətinin ərazilərini işğal etmək istəyən Böyük Britaniya imperiyası və Fransa aldı. Elə bəlkə ona görə bu məğlubiyyətin acığını çıxmaq üçün erməniləri saxta tarixlə Türkiyənin üstünə göndərirlər.

Bir məqamı da vurğulamaq yerinə düşər. Ermənilər yaşadıqları və vətəndaşı olduqları dövlətə bir qayda olaraq, xəyanət edirlər. Bunu tarix də təsdiqləyib. Elə birinci dünya müharibəsində Osmanlı Dövləti Antantaya qarşı savaşdığı halda, təəbəsi olan erməniləri necə məhv edə bilərdi? Yaxud onlar Osmanlıda ən yüksək vəzifələri tutduğu halda, mənsub olduqları dövlətin düşmənlərinə niyə yardım edirdi? Bu azmış kimi, ermənilər başqa etnik azlıqlarla birlikdə türklərə qarşı soyqırma başlamışdı.

Uzun illərdir Çanaqqalada məğlub olanlar ermənilərin bu xislətinə ya laqeyd yanaşır, ya da bundan istifadə edirlər.

Çünki həmin savaşdan sonra Britaniya, Fransa və Rusiyanın ermənilərdən Azərbaycanın bir sıra bölgələrində, eləcə də Salmas, Urmiya, Xoyda, Orta Asiya ərazisində türklərə qarşı soyqırım aparmaq üçün istifadə etməyə başlaması buna sübut ola bilər.

Çanaqqala savaşı ilə bağlı tədbirin aprelin 24-də keçirilməsi ermənilər üçün də başqalarının əlində maşa olmağı dayandırıb, türklərə qarşı düşmənçilik ideyasından xilas olmaq mesajıdır.

Türkiyə bu addımı ilə türklərin sülhsevərliyini dünyanın diqqətinə çatdırır. Bu tədbir Azərbaycan və Türkiyənin ermənilərə qarşı olmadığını, əksinə, onları bu dövlətlərə qarşı iddialardan əl çəkməyə də dəvətdir. Tarixdən də bəllidir ki, Çanaqqala savaşında Azərbaycan türkləri də iştirak edib. Bu qələbənin əldə edilməsində Azərbaycan şəhidlərinin də qanı var. Həmin hadisələr onu da təsdiqləyib ki, türklər bir olduqda böyük uğurlar əldə edə bilir və düşmənlərini yerində oturdurlar. Bu, türklərin tarixinin qürurverici səhifələrindəndir. Odur ki, Türkiyə bu günün sevincini qardaşları, dostları və düşmənləri ilə də bölüşür.

Bu, dünyada türklərlə zor və güc yolu ilə danışanlara, bu istiqamətdə çeşidli etnik qrupları türklərə qarşı qaldıranlara da bir çağırışdır.

Çanaqqala savaşı tədbiri ermənilərin və onların saxta tarix iddialarında dəstəkləyənlərin illər uzunu irəli sürdüyü ideya və siyasətinə, təbliğatına, eləcə də Ermənistanın xarici siyasət kursunda, diplomatiyasında önəm verdiyi məsələyə ciddi zərbədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi