Qazaxıstan Türk Dövlətləri Təşkilatında nümayəndəlik açacaq.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə məlumat verib.
Onun sözlərinə görə, artıq rəsmi Astana TDT-də daimi nümayəndəsini də təyin edib.
Tokayev həmçinin bildirib ki, TDT ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində gömrük prosedurlarının sadələşdirilməsi mühüm məsələdir.