XİN başçısı: "Türkiyə Ermənistanla əlaqələrin normallaşmasında səmimidir"

"Türkiyə Ermənistanla əlaqələrin normallaşmasında səmimidir".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusi nümayəndələr arasında görüşün Türkiyədə və ya Ermənistanda keçirilməsi barədə razılıq əldə olunub: "Bundan sonra üçüncü ölkəyə ehtiyac yoxdur. Görüşlərin nə vaxt, harada keçirilməsinə xüsusi nümayəndələr qərar verəcək".

Digər xəbərlər