Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda NATO Beynəlxalq məktəbi (NİSA) aprelin sonunda Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycan üçün yeni rol" mövzusunda konfrans təşkil edəcək.
NİSA-dan "Report"a bildiriblər ki, konfransın məqsədi Xəzər regionunda geosiyasi vəziyyətin, siyasi arxitekturanın inkişafının, regionda imkanlar və təhlükəsizlik məsələlərinin müzakirəsidir.
Həmçinin Xəzər regionunun Avrasiya və qlobal təhlükəsizliyi kontekstində rolu müzakirə olunacaq.