Bakı. 11 mart. REPORT.AZ/ IV Qlobal Bakı Forumu çərçivəsində İran və Əfqanıstan münasibətləri müzakirə olunub. “Report” xəbər verir ki, Forumda “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusundan panel iclası keçirilib.
İtaliyanın sabiq baş naziri Franco Frattininin moderatoru olduğu panel iclasında Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Livanın sabiq baş naziri Fouad Siniora, pakistanın sabiq baş naziri Şaukat Aziz iştirak edib.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini bildirib ki, əldə olunan sülh sazişi İranın inkişafına və regionda söz sahibi olan dövlətə çevirilməsi ilə nəticələnə bilər: “P5+2 ilə əldə olunan beynəlxalq sülh sazişinin uğuru ilə İran beynəlxalq ictimaiyyət arasında öz mövqeyini yenidən bərpa etdi. Bu isə İslam Respublikasına regional güc mərkəzinə çevrilmək üçün əlverişli şərait yaradıb. Regional dinamizim dəyişikliyi xüsusi ilə Xəzər regionunda həm yeni imkanlara, həm də problemlərə yol aça bilər”.
Livanın sabiq baş naziri Fouad Siniora bildirib ki, İran və Ərəb dövlətləri arasında gərginliyə dünyanın güc dövlətləri nəzarət etməlidir: “İranla Ərəb dövlətləri arasında sünnü-şiə müharibəsi gedir. Hər iki tərəf bu müharibəyə son qoymalıdır. Çünki çirkin siyasətdən əziyyət çəkən xalq, dinc və günahsız insanlar olur. Nə İran, nə də Səudiyyə Ərəbistanı münaqişələrin geniş miqyas almasına yol verməməlidir. Dünyanın güc dövlətləri isə münaqişənin genişlənməsinin qarşısını almalı və nəzarət etməlidirlər”.
Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi Bakıda müzakirə olunub
Digər xəbərlər
Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin gücləndirilməsi müzakirə olunub
30 oktyabr, 2026 / 18:16
İƏT-ə üzv dövlətlər üçün korrupsiyanın ölçülməsi üzrə tövsiyələr hazırlanıb
30 oktyabr, 2026 / 17:14
Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
30 oktyabr, 2026 / 17:03
ABŞ Azərbaycanda autizmli insanlara yardım sahəsində tərəfdaşlarını dəstəkləməyə davam edəcək
30 oktyabr, 2026 / 14:59
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
30 oktyabr, 2026 / 13:46
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturası yaratmağa çalışır
30 oktyabr, 2026 / 13:20
Kobaxidze: Azərbaycanla əməkdaşlığımızı müxtəlif sahələrdə genişləndirmək üçün ciddi planlarımız var
30 oktyabr, 2026 / 12:52
Siqnaxidə Azərbaycan və Gürcüstan arasında ikitərəfli sənədlər imzalanıb
30 oktyabr, 2026 / 12:49
TDT-nin yeni baş katibi Özbəkistanın təmsilçisi olacaq
30 oktyabr, 2026 / 12:14
Kamran Əliyev Kamerun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
30 oktyabr, 2026 / 12:08
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib - Yenilənib
30 oktyabr, 2026 / 11:42
Latviya və Azərbaycan əməkdaşlığı gücləndirmək üçün yeni təşəbbüslər hazırlayır
30 oktyabr, 2026 / 10:56
ANAMA ilə Slovakiya Silahlı Qüvvələri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub
30 oktyabr, 2026 / 10:38
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
30 oktyabr, 2026 / 10:25
İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Faso ASAN xidmət modelinin tətbiqində maraqlıdır
30 oktyabr, 2026 / 09:53