Vladanka Andreyeva: COP29-da vətəndaş cəmiyyətinin kollektiv fəaliyyətin gücünü nümayiş etdirmək üçün necə birləşdiyini gördük

COP29-da QHT koalisiyası iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrin təşkilatlarının iqlim danışıqlarında və qərarlarında vətəndaş cəmiyyətinin səslərinin eşidilməsini təmin etmək üçün necə bir araya gəldiyinə dair parlaq nümunə təqdim edib.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində deyib.

"Ötən il Bakıda keçirilən COP29-da biz vətəndaş cəmiyyətinin kollektiv fəaliyyətin gücünü nümayiş etdirmək üçün necə birləşdiyini gördük. COP29-dakı QHT Koalisiyası iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələrdən olan QHT-lərin iqlim danışıqlarına və onların yekun nəticələrinə vətəndaş cəmiyyətinin baxışlarının təsir etməsi üçün necə birləşdiyinin fantastik nümunəsi olub.

İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, uyğunlaşma strategiyalarının hazırlanması və ədalətli həllərin tapılması məsələlərinin müzakirəsi zamanı QHT-lər bir sıra nüansları təsdiqləyib. Onlar bu sahədə əhəmiyyətli irəliləyişin yalnız vətəndaş cəmiyyətinin müzakirələrdə fəal iştirakı və qərarların qəbulunda səs hüququnun təmin edilməsi şərti ilə mümkün olduğunu təsdiqləyib", - o qeyd edib.

QHT-lərin qlobal məsələlərin həllində mühüm rolunu qeyd edən Vladanka Andreyeva onlarla əməkdaşlığın gücləndirilməsinə hazır olduğunu vurğulayıb.

"Azərbaycanda BMT nümayəndəliyi olaraq komandamla birlikdə vətəndaş cəmiyyəti, eləcə də maraqlı tərəflərlə Azərbaycanın 2030-cu ildə inkişaf sahəsində milli prioritetlərinə və dayanıqlı inkişaf məqsədlərinə nail olması üçün işimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Ümid edirəm ki, konfransın növbəti iki günü ərzində həmrəylik dilində danışacaqsınız və ikinci günün sonunda effektiv əməkdaşlığa gətirib çıxaracaq əhəmiyyətli qərarlar qəbul ediləcək", - o bildirib.

Digər xəbərlər