Bakı. 30 noyabr. REPORT.AZ/ Vilnüs şəhərində Litva Geosiyasət Araşdırmalar Mərkəzinin (GAM) “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitabının təqdimatı keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən “Report”a verilən məlumata görə, kitab litva və ingilis dillərində nəşr edilib.
Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinə, beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına və münaqişənin sülh yolu ilə həlli variantlarına toxunulub.