​Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəy qəbul edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Avropa Şurasının Venesiya Komissiyasının (AŞ VK) nümayəndə heyəti noyabr ayının 13-14-də Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a VK-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı nümayəndə heyəti Azərbaycanın hökumət nümayəndələri və QHT təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəyin hazırlanmasıdır. Hazırlanacaq rəy layihəsinin dekabr ayında Komissiyanın növbəti plenar sessiyası çərçivəsində qəbul edilməsi gözlənilir.

Digər xəbərlər

Laos AQEM-ə üzv qəbul edilib 14 oktyabr, 2026 / 15:33