Bakı. 8 may. REPORT.AZ/ "Biz GUAM-a yeni təkan vermək istəyirik". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
Onun sözlərinə görə, təşkilata üzv olan ölkələrin ümumi problemi var - onların ərazi bütövlüyü pozulub. "Strukturun bu problemin həllində daha təsirli və fəal olması üçün yeni konsepsiya, yeni mexanizm hazırlamaq lazımdır", - A.Mişenko qeyd edib.