Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.
Qeyd olunub ki, tərəflər cəbhədəki son durumu müzakirə ediblər.
Yermak həmsöhbətinə Ukrayna müdafiə qüvvələrinin fəaliyyəti barədə məlumat verib.
Həmsöhbətlər Ukraynaya təhlükəsizlik yardımının davam etdirilməsi haqqında razılığa gəliblər.
Yermak göstərilən dəstəyə görə Ağ evə təşəkkürünü bildirib.