Dünyada 300 milyon miqrant var.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Miqrasiya və Şəhərlər: təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır:
"Dünya sürətlə şəhərləşir. Şəhərləşmə çərçivəsində yeni iş yerləri yaradılır. WUF13 çərçivəsində böhranlara cavab verən şəhərlərin salınması barədə müzakirələr aparıldı. Biz bütün hökumətləri dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün birlik olmağa çağırırıq".