Türkiyənin milli təhsil naziri Ziya Selçuk Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
“Report” xəbər verir ki, nazir təbrik mesajını tvitterdə yazıb.
“Dost və qardaş ölkə Azərbaycan Respublikasının yaradılışının 103-cü ildönümü mübarək olsun. "İki dövlət, tək millət!" deyərək Türkiyə və Azərbaycan hər zaman tərəddüdsüz, vəfa və həssasiyyətlə bir-birlərinin yanında olacaqlar”, – nazir qeyd edib.