Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Ermənistanın raket terrorunun qurbanlarının xatirəsini yad etmək üçün Gəncəyə gedir.
“Report” xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib.
“Gəncənin və mülki əhalinin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasının ikinci ildönümündə əziz şəhidləri anmaq üçün Gəncə yolundayıq. Unutmadıq, unutmayacaq, unutdurmayacağıq”, - o bildirib.