Türkiyə MN: “Qətl edilən Azərbaycan türklərini unutmadıq”

“30 il öncə Xocalıda acımasızca qətlə yetirilən məsum Azərbaycan türkü qardaşlarımızı unutmadıq, unutmayacağıq!”.

“Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tviterdə paylaşıb.

“Tarixə qara ləkə tökənləri lənətləyir, acısını qəlbimizdə daşıdığımız şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - tvitdə qeyd olunub.

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44