TDT-nin Baş katibi Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev sosial şəbəkədə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

“Report” xəbər verir ki, regional təşkilatın başçısının paylaşımında qeyd olunub:

“15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı ən səmimi təbriklərimizi çatdırırıq. Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik”.

Digər xəbərlər

Abbas Əraqçi Bakıya yola düşüb 07 dekabr, 2025 / 18:20