Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları Sədrlərinin dördüncü iclasının 2026-cı ildə Özbəkistanda keçirilməsi gözlənilir.
"Report" xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iyunun 19-da Bakıda keçirilən TDT ölkələri Məhkəmə Şuraları Sədrlərinin üçüncü iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, 2023-cü ilin oktyabrında Şuşada türkdilli dövlətlərin Ali məhkəmələrinin sədrlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsi imzalanıb.