Bakı. 8 avqust. REPORT.AZ/ Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana yeni səfir təyin edib.
"Report"un Tacikistan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Soli Rüstəm təyin olunub.
S.Rüstəm bu ilin iyulunda Bakıda diplomatik missiyasını başa çatdıran Zohir Saidovu əvəz edəcək.