Sofiyanın mərkəzi məscidində Xocalı qurbanlarının ruhuna dualar oxunub

Sofiyanın mərkəzi məscidində Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub.

Bu barədə "Report" Azərbaycanın Bolqarıstandakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verib.

Tədbir Azərbaycan səfirliyi və Bolqarıstanın Baş Müftiliyi tərəfindən təşkil edilib.

“Sofiyanın mərkəzi məscidində keçirilən mərasimdə biz Xocalı soyqırımının günahsız qurbanlarının ruhuna dualar oxuduq, ədalətə və sülhə sadiqliyimizi təsdiqlədik”, - paylaşımda bildirilib.

Digər xəbərlər