Slovakiyanın Baş naziri Azərbaycana yola düşüb

Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana səfərə yollanıb.

“Report” bu barədə Slovakiya KİV-ə istinadən xəbər verir.

Səfərdə onu üç nazir - xarici işlər, iqtisadiyyat, müdafiə naziri və böyük bir sahibkarlar qrupu müşayiət edir.

Slovakiya və Azərbaycan iş adamlarının iştirakı ilə birgə biznes forum da keçiriləcək.

Digər xəbərlər