Slovakiya Prezidenti COP29-da iştirak üçün Azərbaycana gələ bilər

Slovakiya Prezidenti Peter Pelleqrininin noyabrın 12-də Azərbaycana səfəri gözlənilir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Slovakiya Prezidentinin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı nəzərdə tutulur.

Onun rəhbərlik etdiyi nümayəndə heyətinə ölkənin bir sıra rəsmiləri və iş adamları qatılacaq.

Digər xəbərlər