İstənilən bərpa prosesi yalnız infrastuktur deyil, həm də insan amili ilə bağlıdlr.
“Report” xəbər verir ki, bunu Sinqapur parlamentinin sabiq üzvü Penni Lov martın 14-də XII Qlobal Bakı Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, postmüharibə dövründə insanlar sülhün daimiliyinə əmin olmalıdırlar:
“Onlar bu prosesə inanmalıdırlar, buna inandırmaq üçün təsəbbüş göstərilməlidir. Yəni insanların şüurunda qarışıq dövrlərin arxada qalması anlayışı formalaşmalıdır”.
P.Lov bu çərçivədə Azərbaycanın Qarabağ təcrübəsinin kifayət qədər uğurlu olduğunu vurğulayıb.