Türkiyə səfirliyi: “Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”

“Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tviterdə etdiyi paylaşımda bildirilib.

Diplomatik nümayəndəlik Azərbaycan dövlətini və xalqını təbrik edib.

“Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik”, - təbrikdə vurğulanıb.

Digər xəbərlər