Səfir ukraynalı deputatla Azərbaycanın bu ölkəyə humanitar dəstəyini müzakirə edib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədr müavini Lyudmila Marçenko ilə görüşüb.

“Report” xəbər verir ki, səfir bu barədə tviterdə paylaşım edib.

Bildirilib ki, tərəflər parlamentlər arasında əlaqələri, həmçinin Azərbaycanın Ukraynaya humanitar dəstəyini müzakirə ediblər.

Digər xəbərlər