Azərbaycan və Avstriya parlamentlərarası əməkdaşlığı gücləndirmək niyyətindədir.
“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomatın sözlərinə görə, o, yeni yaradılmış Avstriya-Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Volfqanq Gerstlə görüş keçirib.
"Biz ikitərəfli dostluq münasibətlərimizin inkişafında mühüm rol oynayan Azərbaycan-Avstriya parlamentlərarası əməkdaşlığının gücləndirilməsi yolları barədə dolğun və konstruktiv söhbət apardıq", - R.Sadıqbəyli qeyd edib.