Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşəcək. Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
Görüşdə iqtisadi-mədəni əlaqələrə dair qarşılıqlı fikir mübadiləsinin aparılması nəzərdə tutulub.