San Marinonun xarici işlər üzrə dövlət katibi Azərbaycana rəsmi səfərə gələcək

Bakı. 1 may. REPORT.AZ/ San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi Azərbaycana rəsmi səfərə gələcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər mayın 2-də başlayacaq.

Səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır. 

Səfər mayın 3-də başa çatacaq. 

Digər xəbərlər