"Avropa İttifaqı (Aİ) Azərbaycanın azad edilmiş ərazilərinə dəstək göstərməlidir".
"Report" xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers VIII Qlobal Bakı Forumu çərçivəsində “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.
Onun sözlərinə görə, bununla Aİ-nin imici yüksələcək.
Sabiq prezident deyib ki, Şərq Tərəfdaşlığı çərçivəsində üzv ölkələrə də dəstəyin gücləndirilməsi vacibdir.