“Bizim üçün Cənubi Qafqazda təhlükəsizlik və sabitlik vacibdir”.
“Report” xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Marcel Ciolacu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə “X” hesabında yazıb.
O bildirib ki, Azərbaycan Rumıniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır.
Baş nazir yazıb ki, C.Bayramovla görüş zamanı enerji və nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.