Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabr ayının 2-dən 5-dək Qəbələdə Avropa Şurasının "No hate speech Movement" ("Nifrətin qızışdırılmasına - YOX") kampaniyası çərçivəsində gənclər forumu keçiriləcək. "Report" Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, forum zaman "No hate speech Movement" kampaniyasına yekun vurulacaq, onlayn mühitdə irqçilik və diskriminasiya ilə mübarizənin fəallaşdırılması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, forum Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.