QDİƏT Ukraynanın bərpa prosesində iştirak edə bilər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Ukraynanın bərpa prosesində iştirak edə bilər.

"Report" xəbər verir ki, bunu QDİƏT-in baş katibi Lazar Komanesku martın 14-də XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın bərpasında beynəlxalq və regional təşkilatların üzərinə böyük vəzifə düşür:

“Hazırda Ukraynada sülhün təmin olunması ilə yanaşı, bərpa prosesi barədə də ciddi düşünmək lazımdır".

O əlavə edib ki, Türkiyə münaqişənin hər iki tərəfi ilə dialoqa cəlb olunub: "Bu, münaqişənin həlli baxımından uğurlu addımdır".

Digər xəbərlər