Qaribaşvili Azərbaycan prezidentini Gürcüstana səfərə dəvət edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Davosda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin görüşü olub. "Report" Gürcüstan baş nazirinin Twitter-dəki rəsmi səhifəsinə instinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında  ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, İ.Qaribaşvili Azərbaycan prezidentini Gürcüstana səfərə dəvət edib. 

Digər xəbərlər